Esat Oktay Yıldıran

Əsəd Oqtay İldıran (türk. Esat Oktay Yıldıran; 15 fevral 194922 oktyabr 1988, İstanbul) — Türkiyə hərbçisi. O, Kipr əməliyyatında iştirak etmiş və 1980-ci il dövlət çevrilişindən sonra Diyarbəkir həbsxanasında daxili təhlükəsizlik komandiri vəzifəsində çalışmışdır. İldıranın Diyarbəkir həbsxanasında işlədiyi müddətdə məhbuslara işgəncə verdiyinə dair iddialar var. O, 22 oktyabr 1988-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. İldıranın nəşi Ədirnəqapı şəhidliyində dəfn edilmişdir.

Əsəd Oqtay İldıran
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1949(1949-02-15)
Vəfat tarixi 22 oktyabr 1988(1988-10-22) (39 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi mayor

Əsəd Oqtay İldıran 1974-cü ildə Kipr əməliyyatında xidmət etmişdir.[1]

Əsəd Oqtay İldıran 12 sentyabr dövlət çevrilişindən sonra 24 fevral 1981-ci il tarixindən 1983-cü ilə qədər Diyarbəkir E tipli hərbi həbsxanasında təhlükəsizlik rəisi vəzifəsində çalışmışdır.[1][2] O, Ankaradan Diyarbəkirə göndərilmiş[3] və kiçik gizir Mövlud Ağqoyun əvəzinə bu vəzifənin icrasına başlamışdır.[4] İldıranın vəzifədə olduğu müddətdə məhbuslara işgəncə verməsi ilə bağlı iddialar var.[5][6][7]

İddialara görə, İldıran 1980-ci ildən sonra Diyarbəkir həbsxanasına təyin olunduqdan sonra həbsxanada fukoçu intizam üsulları tətbiq olunmağa başlanmışdır.[8][9][10] Onun türk dilini bilməyən məhbusları bir gecədə İstiqlal Marşı, Andımız, Gəncliyə xitab və Atatürk prinsiplərini əzbərlətdirdiyi haqqında məlumatlar mövcuddur.[10] İldıranın terror təşkilatı üzvü olduğu iddia edilən kürd məhbuslar üçün yeni həbsxana qaydaları hazırladığı bildirilir.[11]

İldıran ilə bağlı şikayətlər olsa da, istintaq və ya məhkəmə istəyi heç vaxt qəbul edilməmişdir.[12]

Əsəd Oqtay İldıran 22 oktyabr 1988-ci il tarixində həyat yoldaşı və oğlu ilə Ümraniyənin Sarıqazi səmtindəki hərbi mənzillərin qarşısındakı dayanacaqdan ictimai avtobusa minmişdir. Eyni dayanacaqdan avtobusa minən iki nəfər İldıranın oturduğu oturacağın arxasındakı sıraya keçmişdir. İzdihamlı avtobus saat 14:50-də Qısıqlı meydanındakı dayanacağa gəldiyi zaman dayanmış və qapılar açıldığı vaxt hücumçulardan biri atəş açmışdır. Arxadan açılan atəş nəticəsində güllələrdən ikisi İldıranın boynuna və kürəyinə dəymişdir. Bir güllə də avtobusdakı sərnişinlərdən birinə dəymişdir. Atəş açan iki hücumçu avtobusdan düşərək ərazidən qaçmışdır. İldıran və güllələnən digər sərnişin xəstəxanaya aparılmışdır. İldıran xəstəxanada vəfat etmişdir.[1][5][13] Sui-qəsdə görə məsuliyyəti PKK öz üzərinə götürmüşdür.[1]

Əsəd Oqtay İldıranın nəşi Ədirnəqapı şəhidliyi qəbiristanlığında dəfn edilmişdir.[14]

Əsəd Oqtay İldıran Türkiyə Silahlı Qüvvələrində xidmətə görə medalı və Prezident təqdir medalına layiq görülmüşdür.[15][16]

  1. 1 2 3 4 "Cumhuriyet Gazetesi". 28 oktyabr 1988. 24 Eylül 2021 tarixində arxivləşdirilib.
  2. İsmail Beşikçi (türk). İletişim Yayınları. 28 mart 2018. ISBN 978-975-05-2386-1. 15 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
  3. Öktem, Kerem. Angry Nation: Turkey since 1989 (İngilizce). Bloomsbury Publishing. 10 mart 2011. ISBN 978-1-84813-212-2. 13 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
  4. Perinçek, Doğu. Türk sorunu: emekçiler açısından belgelerle Kürt sorunu (türk). Kaynak Yayınları. 1993. ISBN 978-975-343-051-7. 13 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
  5. 1 2 "12 Eylül darbesinin yıl dönümü: Darbeciler hesap vermedi". www.cumhuriyet.com.tr (türk). 12 Eylül 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
  6. "Diyarbakır Cezaevi'ndeki işkencenin adı: "Beni Öp Haydar"". 4 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
  7. "Altan Tan'ın babasını oruç tuttuğu için öldürmüşler". 1 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
  8. Firat, Derya. "Total kurum, disipliner cezaevi, kamp: Goffman, Foucault ve Agamben'in kavramlarıyla Diyarbakır Askerî Cezaevi (1980-84)". Hande Topaloglu. 15 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
  9. "Diyarbekir Cezaevi veya hafızayı sergilemek!". www.haberturk.com (türk). 14 iyul 2021. 14 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
  10. 1 2 "İŞKENCE... "Genç olsam dağa çıkardım!"". T24 (türk). 22 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
  11. 12 Eylül'ün cezaevleri: olaylar, sorunlar, çözüm yolları. Haşim Kutlu (türk). Alan publisherlık. 1989. səh. 93-138. 13 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
  12. Dicle'de kül hayatlar: 1980'den 2007'ye terör örgütünden şok itiraflar. Raşit Kısacık (türk). Truva. 2007. səh. 113-115. 13 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
  13. "Tutanak" (PDF). tbmm.gov.tr. 2 iyun 2021 tarixində arxivləşdirilib (PDF).
  14. "İstanbul'un En Büyük Şehitliği". Zehra Evcil. Son An Gazetesi. 20 aprel 2019. 15 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
  15. Türkiye, Sputnik. "Nagehan Alçı, Rasim Ozan Kütahyalı ve Ümit Zileli'ye hapis cezası". Sputnik Türkiye (türk). 13 iyun 2018. 5 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
  16. "105 gün hapis cezası alan Nagehan Alçı: Mahkemeler Erdoğan'a da ceza vermeli". T24 (türk). 14 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.