Bu məqalə Atatürkçülükı ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Atatürkün prinsipləri Türkiyənin modernləşmə istiqamətini, islahatları "təməlində nə olduğunu və düşüncə və düşüncələrə söykənən Türk milliyyətçiliyini müəyyənləşdirir. Atatürkün prinsiplərini və inqilablarını bir-birinə bağlayan atatürkçü düşüncə sistemi, çağdaş uygarlık səviyyəsinə çatdırmaq üçün Türkiyənin düşüncə ağılının əsas sahələri və yolları məntiqlə çəkilir. Bu səbəbdən Atatürkün prinsip və inqilablarının əsası konstruktiv olmaq və faydalı tərəfdə olmaqdır.
6 prinsipdən ibarətdir.
Respublikaçılıq (lat. res publica; res – iş, publicus – ictimai, ümumxalq) və ya cümhuriyyətçilik (cümhuriyyət sözündən; ərəb. جمهورية, cümhuriyyə; cümhur – ictimai) — müstəqil özünüidarə anlayışı ətrafında formalaşmış, sadəcə çoxluğun yox, eyni zamanda azlığın suverenliyini, yəni vətəndaşların bərabərhüquqluluğunu vurğulayan, respublikaçı konstitusiyalı sistem və respublikaların əsasını təşkil edən ideologiya. İdeologiyanın xüsusiyyətlərindən biri də referendumdur.
Respublika üçün Atatürk; "Türk millətinin xarakterinə və adətlərinə ən uyğun gələn rəhbərlik" ifadəsini istifadə etdi.
Millətçilik müəyyən millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və hərəkatdır. Millətçilik hər bir millətin kənar müdaxilədən (öz müqəddəratını təyin etmə) azad olaraq özünü idarə etməsini, bir millətin qurumsal struktur üçün təbii və ideal bir əsas olduğunu, millətin siyasi gücün yeganə haqlı mənbəyi olduğunu (xalq suverenliyi) müdafiə edir.
Populizm — xalqın maraqlarının cəmiyyətdə hər hansı cəhətdən məhdudlaşdırmasının qarşısının alınması və xalqın xeyrini düşündüyünüldiyini önə sürərək edilən fəlsəfə çıxışı və ya ifadədir. Əsasən siyasi partiyaların hakimiyyətə gəlmək üçün istifadə etdikləri siyasi üsuldur. Başqa sözlə populizm demokratiyanın olmadığını və ya demokratiyanın zəif nöqtələrini göstərərək, mövcud rejimə, ideologiyaya, ya da hökumətə qarşı çıxma, onu tənqid etmək deməkdir.
Dünyəvilik və ya sekulyarizm — dinin insanların düşüncə və hərəkətlərində və cəmiyyətdəki institutlar üzərində təsirinin azalması. Sosiologiya elmində XX əsrin ortalarından bəri qızğın şəkildə müzakirə olunan bu mövzuda iki təzadlı cəbhədə yerləşən sosioloqlar var. Brayan Vilson, Maks Veber, Ziqmund Freyd kimi mütəfəkkirlər dünyada iqtisadi inkişaf və elmin dirçəlişi ilə dinin təsirinin azalacağını desə də, Peter Berger və Tomas Lukman kimi müasir dövrün sosioloqları sekulyarizm yox, tam əks prosesin baş verdiyini iddia edirlər. Hər iki tərəfin də olduqca tutarlı arqumentləri var. Məhz bu iki fərqli düşüncələrin mövcudluğu dinin cəmiyyət üzərindəki təsiri mövzusuna müxtəlif prizmalardan baxmağa kömək olur.
Fransızca "eta" sözündən yaranan, "etatizm" dövlət mənasını ifadə etməklə siyasi-iqtisadi müstəvidə "dövlətçilik" anlamı kimi, tətbiqini tapır. Termin olaraq XIX əsrin sonunda isveç burjua liberalı Nyuma Dro tərəfindən ədəbiyyata gətirilmişdir. İlk başlanğıcda dövlət mərkəziyyətçiliyi prinsipi mənasında, sonradan, imperializm dövründə burjua dövlətinin iqtisadi funksiyalarının güclənməsi ilə əlaqədar olaraq kapitalist ölkələrinin təsərrüfatının inkişafında dövlətin iqtisadi siyasətinin rolunu səciyyələndirən istilah kimi istifadə olunmuşdur.
İnqilabçılıq (inqilabçılıq), Atatürk inqilablarının qəbul edilməsi, inkişafı və Türk millətinin modernləşməsi üçün hər cür təhlükəyə qarşı qorunmasıdır.
İnqilab (ər. "çevriliş", "dəyişiklik"; lat. "revolutio" — "çevriliş", "dəyişiklik") — təbiətdə, cəmiyyətdə, təfəkkürdə əvvəlkinə nisbətən radikal, köklü, keyfiyyət dəyişiklikli keçid. İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. Bir qayda olaraq islahatların ya keçirilmədiyi və ya az keçirildiyi həlqələrdə baş verir.