Adi durnabalığı (lat. Esox lucius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü. Ortasaylı, yerli aborigen növdür.
Adi durnabalığı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Klad: Dəstəüstü: Dəstə: Fəsilə: Cins: Növ: Adi durnabalığı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yanaqları pulcuqlarla tam örtülüdür. Bədənin yan tərəflərində boz və ya zeytuni rəngdə ləkələr olur. Bu ləkələr köndələn, bəzən çəpəki zolaqlar əmələ gətirir. Şirin su balığıdır. Azərbaycan sularında ovlanan durnabalıqlarının iri fərdlərinin uzunluğu 80 sm-ə, kütləsi 5 kq-a çatır.
Bütün şirin sularda, çay və göllərdə, bəzən şortəhər sularda yaşayır. Azərbaycanda əksər fərdləri 5–6 ilə qədər yaşayır. Cinsi yetkinliyə 2–3 yaşında çatır. Erkən yazda bir dəfəyə kürü tökür. İnkubasiya dövrü 10 gün çəkir. Adətən gecələr kürü verir. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü, sürfə, körpə və yetkin fərd şəklində olur.
Azərbaycanda bir növlə təmsil olunmuşdur. Azərbaycanda Aşağı Kür hövzəsində, Mingəçevir su anbarında, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində və Azərbaycanın cənub zonasından axan çayların aşağı axarlarında yayılmışdır. Ortasaylıdır, su hövzələrində ekoloji şəraitin pisləşməsi və intensiv ovlanması ehtiyatına təsir edir.
Erkən yazda kürü tökməklə çoxalır. Azərbaycanda məhsuldarlığı 4.8 minlə 116.7 min ədəd kürü arasında dəyişir. Orta hesabla 62.5 min ədəd kürü verir. Yetkin fərdlər demək olar ki, hər il çoxalmada iştirak edirlər.
Yırtıcı balıqdır, körpələri plankton və bentik orqanizmlərlə, iri fərdləri isə əsasən balıqlarla qidalanır. Hannibalizm (öz balalarını yemək) hadisəsi də müşahidə edilir.
Digər yırtıcı balıqlar və balıqyeyən quşlar, balıq parazitləri.
Biomüxtəlifliyin bir kompanentidir. Körpələri digər yırtıcı balıqların qidasını təşkil edir. Su hövzələrində daha çox parazitlə yoluxmuş canlıları yeməklə təbiətdə sanitar rolunu oynayır.
Ekoloji əhəmiyyəti müəyyənləşdirilməyib. Əmtəə keyfiyyətinə malikdir. Qiymətli vətəgə balıqlarını və onların körpələrini yeməklə balıqartırma təsərrüfatlarına ziyan verir.
Su hövzələrinin çirkləndirilməsinə qarşı mübarizə aparılmalıdır, ehtiyatı və ovlanması tənzim olunmalıdır.
Azərbaycan ETBTI İxtioloji muzeyi, AMEA Zoologiya İnstitutu ixtiologiya laboratoriyasının kolleksiya fondu.