Ester Myaqi (est. Ester Mägi 10 yanvar 1922[1], Tallin[3] – 14 may 2021[2]) — Estoniya bəstəkarı və müəllimi. Estoniya SSR Dövlət Mükafatısı (1980), Estoniya SSR-nin əməkdar artisti (1971), Estoniya SSR xalq artisti (1984).
Ester Myaqi | |
---|---|
est. Ester Mägi | |
Doğum tarixi | 10 yanvar 1922[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 may 2021[2] (99 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | bəstəkar, musiqi pedaqoqu, universitet müəllimi[d] |
Fəaliyyət illəri | 1954–1984 |
Onun valideynləri Kaevdə tanış olurlar. Beləki onların ikisidə eyni yerdə işləyirdilər. 1905-ci il inqilabından sonra onlar Tallinə köçürlər. Burada onun atası usta kimi işləyir, anası isə evdar qadın olur. Onların üç övladı olur. Ester uşaqlarının ən kiçiyidir. Esterin Pol adında olan qardaşı müğənniliyə maraq göstrir. Daha sonra isə rejissor işləyir. Esterin bacısı olan Hilda böyük bir ailəyə sahib olur. Onun qızı Vilma Malen məşhur pianoçudur. Ester Myaqi 1922-ci ilin 22 yanvarında tallində anadan olmuşdur. 1951-ci ildə Tallin Konservatoriyasının quruluş şöbəsini bitirmişdir. Professor Mart Saarın Ester Myaqinin elmi rəhbəri olur. Saarın bir çox fikrini mənimsəmiş və xalq musiqisinə fəal maraq göstərmişdir. 1954-cü ildə Ester Myaqi, professor Vissarion Şebalinin rəhbərliyi altında Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirir. Sonra Tallin Konservatoriyasında müəllimlik etməyə başlayır[4]. Ester 1984-cü ildə təqaüdə çıxana qədər müəllimlik fəaliyyətini davam etdirir. 1977-ci ildə dosent olur.
Aleksandr Puşkin, Kersti Merilaas, Ralf Parve, Marie Under və digər rus, eston şairlərinin şeirlərinə romanslar yazmışdır. Tamaşalar üçün musiqi müəllifidir, məsələn: "Bahar gələndə" (1959) və s.