Marie Under

Marie Under (est. Marie Under 27 mart 1883[1][2][…], Revel[3]25 sentyabr 1980[1][2][…], Stokholm[3]) — Eston, rus, isveç şairəsi və tərcüməçisi.

Marie Under
est. Marie Under
Doğum tarixi 27 mart 1883(1883-03-27)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 sentyabr 1980(1980-09-25)[1][2][…] (97 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Skuqsçyurkoqorden[d]
Fəaliyyəti şair, arxivçi, tərcüməçi, yazıçı, jurnalist
Üzvlüyü
  • Bavariya İncəsənət Akademiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maria Under 25 sentyabr 1883-cü ildə müəllim ailəsində anadan olur. Valideynləri Hiyumaa adasından idi. 1891–1900-cü illərdə Reveldəki xüsusi alman qadın məktəbində oxuyur. 1902-ci ildə evlənir və 1906-cı ilə qədər yaşadığı Moskvaya yollanır. Bundan sonra Revelə qayıdır. On dörd yaşında şeir yazmağa başlayır.

Alman dilində yazdığı şeirlərini yaxın dostu, eston sənətçisi Ants Laykmaaya təqdim edir. Laykmaa şairi estonca yazmağa həvəsləndirir. 2 avqust 1904-cü ildə Postimees qəzeti Marie Underin "Bu necə oldu …" adlı ilk şeirini nəşr edir. Şairə Mutti təxəllüsündən istifadə etməyə başlayıər. 1917-ci ildə Siuru ədəbi qrupuna daxil olur, bu dövrdə M. Under poeziyası simvolizmdən güclü təsirləndir. Şairin şeirləri şən olur. Sevgi və Təbiəti tərənnümünə həsr edilir. Siuru qrupu dağıldıqdan sonra Tarapita qrupuna daxil olur. 1917-ci ildə nəşr olunan "Sonnets" şeirlər toplusu ona böyük bir uğur qazandırır. 1920–1930-cu illərdə Marie Under eston söz ustalarından biri idi. Müstəqil Estoniyada müharibələr arası dövrdə yaşayan şair İqor Severyanin, Marienin rus dilinə tərcümə etdiyi əsərlərini "Öncəki" şeir toplusunu adı ilə nəşr edir. Marie Underin poeziyasını Estoniyada yaşayan rus şairəsi Elizabet Roos-Bazilevskaya da tərcümə etmişdir. 1944-cü ildə Sovet Ordusunun irəliləməsi və alman qoşunlarının Estoniyadan çıxarılması zamanı Marie ailəsi ilə birlikdə bir il qaçqın düşərgəsində yaşadığı İsveçə köç edir. 1945-ci ildə Stokholm şəhərinə köçür və burada teatr muzeylərindən birində çalışır. Rus dilindən eston dilinə Anna Axmatovanın "Rekiem", Boris Pasternakın "Doktor Jivaqo" şeirlərini çox tərcümə edir. Sovet hökumətinə qarşı düşmən münasibəti bəslədiyindən uzun illər SSRİ-də onun işləri gizli olaraq saxlanılır. 1980-ci ildə Stokholmda vəfat edir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Maria Under // FemBio database (alm.).
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #119247186 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.