Etibar Fazil oğlu Şirinov (27 avqust 1993, İvanovka, İsmayıllı rayonu – 9 noyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi.
Etibar Şirinov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Zəngilan rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Fazil Şirinov |
Anası | Əfruz Şirinova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Kəşfiyyatçı |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Etibar Şirinov 27 avqust 1993-cü ildə İsmayıllı rayonu, İvanovka kəndində doğulub. Orta təhsilini doğulduğu kənddə almışdır. Bundan əlavə Dini Hafizlik təhsili almışdır. Etibar 2020-ci ilin avqust ayında ailə həyatı qurmuşdu.
Etibar Azərbaycan Ordusunda müddətli hərbi xidməti zamanı kəşfiyyatçı olmuşdur. Atası Şirinov Fazil də birinci Qarabağ müharibəsinin qazisidir. Etibar İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılır. Zəngilan rayonu ərazisində Ziyarətgah dağı uğrunda gedən döyüşlərdə yaralanır və yenidən döyüşlərə qatılır[1]. Hadrut Füzuli, Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edir. Etibar 9 noyabr 2020-ci ildə Zəngilan rayonu ərazisində azad olunmuş kəndlərin birində öz döyüşçü yoldaşları ilə nəzarət işini təşkil edərkən, orada gizlənmiş mənfur düşmənin gülləsinə tuş gəlmişdir.