İvanovka (İsmayıllı)

İvanovkaAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Sovet dövründən ölkədə qalan yeganə kolxoz.

İvanovka
40°44′02″ şm. e. 48°01′59″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon İsmayıllı rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1847
Saat qurşağı
Əhalisi
Əhalisi 2797 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3114[1]
Digər
ivanovka.net
Xəritəni göstər/gizlə
İvanovka xəritədə
İvanovka
İvanovka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İvanovka İsmayıllı rayonunun mərkəzindən 12–14 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir.[2] Kəndin əsası 1847 – cı ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulmuşdur.[3]

Kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə qoyulmuşdur. Onlar tez bir zamanda özlərinə yurd salıb qurub, qonşuları olan azərbaycanlılarla yaxın dost münasibətləri qurmuşlar.

Kənddə yeni orta məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası, elektron ATS var.

İvanovka kəndi əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa.[4] Nisbəti, 1970 sa.[4]
cəmi 3 694 100 %
rusukraynalı 3 320 89.9 %
ləzgi 153 4.1 %
azərbaycanlı 147 4 %
erməni 51 1.4 %
tat 17 0.5 %
yəhudi 4 0.1 %

13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən İvanovka kənd inzibati ərazi dairəsində 2797 nəfər (1327 nəfəri kişilər, 1470 nəfəri qadınlar) əhali yaşayır.[5]

Molokan qızlar

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
Taxıl sahələri

1930-cı ildə İvanovkada o vaxtlar hər yerdə olduğu kimi "kolxoz" quruldu və o bugünkü günə kimi öz fəaliyyətini davam etdirir. Kolxoz bacarıqlı işçi və uzaqgörənliyi ilə seçilən Nikolay Vasilyeviç Nikitinin adını daşıyır. O, kolxoza 1994-cü ilə kimi düz 41 il rəhbərlik edib. Hazırda kənddə 1000-ə yaxın təsərrüfat qeydə alınıb.

İvanovkalılar üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Çaxır, pendir və s. kimi məhsulları daxili bazarda öz yerlərini tutub. Kənddə bir neçə sex, park və zavod (məsələn: Kirəmit zavodu) fəaliyyət göstərir.

Kənddə "Molokan-ruhani xristian" dini icması fəaliyyət göstərir.[6]

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. The project "Authentic Azerbaijan"—Discover Azerbaijan: İsmayıllı Arxivləşdirilib 2013-02-15 at the Wayback Machine
  3. Сайт о селе Ивановка Республики Азербайджан: Azerbaijan days: Ivanovka – a little piece of the Soviet Union Arxivləşdirilib 2015-02-19 at the Wayback Machine
  4. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Исмаиллинский район (перепись 1970 года) Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine
  5. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: İsmayıllı rayonu[ölü keçid]
  6. QEYRİ-İSLAM DİNİ İCMALARI Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)