Məmmədov Etibar Nəsrulla oğlu (26 oktyabr 1966, Düdəngə, İliç rayonu) — Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı, biologiya üzrə elmlər doktoru, professor.
Etibar Məmmədov | |
---|---|
Məmmədov Etibar Nəsrulla oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Düdəngə, Şərur rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | biologiya üzrə elmlər doktoru |
Elmi adı | Professor |
İş yerləri | |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı Akademiyası |
Etibar Nəsrulla oğlu Məmmədov 26 oktyabr 1966-cı ildə Naxçıvan MR Şərur rayonunun Düdəngə kəndində müəllim ailəsində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1993-cü ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda helmintologiya ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1996-cı ildə AMEA Zoologiya İnstitutunda "Qoyunların monieziozuna qarşı antihelmint preparatlar və dərman bitkiləri qarışıqlarının işlədilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, elmlər namizədi elmi dərəcəsi almışdır. 1996–1999-cu illərdə Azərbaycan Elmi — Tədqiqat Baytarlıq İnstitutunda elmi və aparıcı elmi işçi, 2000–2003-cü illərdə Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyasında şöbə müdiri, 2003-cü ilin yanvar ayından AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun "Zooloji tədqiqatlar" şöbəsində elmi işçi, 2004–2009-cu illərdə isə həmin institutda elmi katib vəzifəsində çalışmışdır. 2009–2013-cü illərdə "Zooloji tədqiqatlar" şöbəsində aparıcı elmi işçi vəzifəsində işləmişdir.
2013-cü il oktyabrın 11-də Azərbaycan MEA Zoologiya İnstitutunda "Naxçıvan Muxtar Respublikasında gövşəyən heyvanların anoplosefalyatozları və onların törədicilərinin, aralıq sahiblərinin bioekoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
Hazırda Naxçıvan Dövlət Universitetində Magistratura fakültəsinin dekanıdır.
Naxçıvan Muxtar Respublikası şəraitində ilk dəfə olaraq iri və xırdabuynuzlu heyvanlarda bütün məhsuldarlıq göstəricilərini aşağı salan helmintozlar-anoplosefalyatozlar yüksək dərəcədə tədqiq edilmişdir. Sestod invaziyalarının törədiciləri, onların aralıq sahiblərinin bioloji və yayılma xüsusiyyətləri, gövşəyən heyvanlarda helmintozların yaş və mövsümi dinamikası, epizootologiyası kimi elmi və böyük praktiki əhəmiyyət daşıyan məsələlər araşdırılmışdır. İlk dəfə olaraq bölgədə xırdabuynuzlu heyvanlarda anoplosefalyatların yeni — Stilesia globipunctata növünüün parazitlik etdiyi aşkar olunmuşdur. Müəyyən edilmişdir ki, növbəli otlaqlardan düzgün istifadə edilməsi və otlaq profilaktikasının tətbiqi gövşəyən mal-qaranın anoplosefalyat növləri yoluxma intensivliyini xeyli aşağı sala bilər[1]
Naxçıvan Dövlət Universiteti Arxivləşdirilib 2017-10-15 at the Wayback Machine