Bioresurslar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum.
Bioresurslar İnstitutu (AMEA Naxçıvan Bölməsi) | |
---|---|
Əsası qoyulub | 2002 |
Direktor | İsmayıl Məmmədov |
Şəhər | Naxçıvan |
Ölkə | |
Sayt | ameanb.nakhchivan.az/?p=… |
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin biologiya bölməsi və Genetik Ehtiyatlar İnstitutunun Naxçıvan Elmi–Tədqiqat Bazası əsasında yaradılmışdır.
Naxçıvan MR-ın bitki örtüyü xəritəsi tərtib olunmuş, ali sporlu, çlpaqtoxumlu və örtülütoxumlu bitkilər üzrə "Qırmızı kitabı"ı II cild hazırlanılmışdır. Naxçıvan MR flora biomüxtəlifliyinə daxil olan ibtidai bitkilər öyrənilmiş, 31 fəsilə və 61 cinsə daxil olan 219 növ şibyə aşkar edilmişdir. Ərazinin alqoflorası tədqiq edilmiş, 4 cinsə aid edilən 18 yosun növü Naxçıvan MR florası üçün ilk dəfə qeyd olunmuşdur. Tədqiqatlar nəticəsində ibtidai bitkilər üzrə Azərbaycan florası üçün 5, Naxçıvan florası üçün 33 yeni papaqlı göbələk növü ilk dəfə verilmişdir. Naxçıvan MR-in flora biomüxtəlifliyinə daxil olan ali bitkilərdən çılpaqtoxumlular, soğankimilər, zanbaqkimilər, zəngçiçəyikimilər, süsənkimilər, qlobulariyakimilər, dalamazkimilər və qırxbuğumkimilər fəsilələrinə daxil olan bitkilərin növ spektri dəqiqləşdirilmiş, ərazinin ali bitkilər florasına 9 yeni növ əlavə edilmiş, nadir növlərin mühafizə yolları müəyyənləşdirilmişdir. Naxçıvan MR-in brioflorası tədqiq edilmiş, ərazidə 31 fəsilə və 70 cinsə aid 114 növ mamır aşkar edilmişdir ki, onlardan da 4 fəsilə, 15 cinsə aid olan 29 mamır növü ərazi florası üçün yenidir. Bunlardan da bir cins və 16 növ Azərbaycan florası üçün ilk dəfə olaraq qeyd edilir. Üzüm genofondu bağı salınmış, nadir sortlar müəyyənləşdirilmiş, yeni klon və formaların alınması istiqamətində tədqiqat işləri aparılmışdır. Rheum ribes L.–Qarağat rəvəndi və Gundelia tournefortii L.–Turnefor qlundelyası (çəngər) yabanı tərəvəz bitkiləri ilk dəfə olaraq toxumla çoxalmasına və mədəni florada bərpasına nail olunmuşdur.
Naxçıvan MR faunasına 3 növ onurğalı əlavə edilmiş, ərazinin zoocoğrafi xəritəsi tərtib olunmuşdur. Naxçıvan MR-in onurğalı heyvanlarının "Qırmızı Kitab"ı hazırlanılmışdır. Naxçıvan su anbarının zoobentosuna daxil olan 3 növ ali xərçəng aşkar edilmişdir.
Nəbatat şöbəsi AMEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun şöbələrindən biri. Şöbənin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Paşayev Teyyub Yunis oğludur. Əsas fəaliyyət istiqamətləri Naxçıvan MR florasının nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitkilərinin öyrənilməsi, mühafizə yollarının tədqiqi və nəbatat bağında introduksiyasıdır.
Zooloji tədqiqatlar şöbəsi AMEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun şöbələrindən biri.
Şöbənin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Bayramov Akif Bayram oğludur.
Naxçıvan Muxtar Respublikasında onurğalı və onurğasız heyvanlar aləminin tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları.
Bitki sistematikası şöbəsi AMEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun şöbələrindən biri. Şöbənin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Abbasov Namiq Kamal oğludur.
Əsas fəaliyyət istiqamətləri Naxçıvan MR-in bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadə və mühafizəsinin bioloji əsaslarıdır.
İnstitutun strukturuna daxil olan laboratoriyadır.
İnstitutun strukturuna daxil olan laboratoriyadır.
Biokimyəvi tədqiqatlar laboratoriyası AMEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun laboratoriyalarından biri. Laboratoriyanın müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Ələkbərov Ramiz Ələkbər oğludur.
Əsas fəaliyyət istiqamətləri Naxçıvan Muxtar Respublikasında bitkilərin, xüsusən dərman bitkilərinin tərkibindəki bioloji aktiv maddələrin aşkar edilməsidir.
Torpaq ehtiyatları laboratoriyası AMEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun laboratoriyalarından biri. Şöbənin müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hacıyev Sahib Əsgər oğludur.
Əsas fəaliyyət istiqamətləri Naxçıvan Muxtar Respublikasında torpaq ehtiyatlarının tədqiqi, səmərəli istifadəsi və mühitinin qorunması məsələləridir.