Azərbaycan işarət dili

Azərbaycan işarət dili — eşitmə və danışma məhdudiyyəti olan azərbaycandilli şəxslərin fikirlərini ifadə etmək üçün qolların, əllərin və barmaqların eyni zamanda istifadə etməsi. Azərbaycanda təxminən 31 000 eşitmə və danışma məhdudiyyətli insan var.[1]

Mənşə[redaktə | mənbəni redaktə et]

İşarət dili eşitmə və danışma məhdudiyyəti olan insanların istifadə etdiyi dildir. Bu dil rus dilindən götürüldüyünə görə Azərbaycan jestikası ilə üst-üstə düşmür, lakin Azərbaycan işarət dilinin mənfi xüsusiyyətləri də var: elmi jestika ilə ailə içi jestika fərqlənir. Məsələn, bir eşitmə və danışma məhdudiyyəti olan kiçik yaşlı uşaq evdə ailə jestikası ilə danışır, lakin məktəbə getdikdən sonra elmi jestika ilə tanış olur.[mənbə göstərin]

Azərbaycanda işarət dilinin əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycanda eşitmə və danışma məhdudiyyətli insanların sayı kifayət qədərdir. Bununla əlaqədar olaraq dövlət onlara xüsusi qayğı göstərir. Onlar üçün 2 N-li və 3-N-li Respublika xüsusi internat məktəbləri fəaliyyət göstərir. Həmin məktəblərdə 790 şagird fəaliyyət göstərir.[2] Universitetlərdə bu mövzuda bir çox layihələr və təlimlər keçirilir. Həmin şəxslərin bir çox hallarda ali təhsildən kənar qalmasına görə gələcəkdə eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün xüsusi fakültələrin və ixtisasların açılması müzakirə olunur. Azərbaycan eşitmə və danışma məhdudiyyəti şəxslərin cəmiyyəti Dünya eşitmə və danışma məhdudiyyəti olan şəxslərin federasiyasının (WDF) üzvüdür. Bu proqram eşitmə və danışma məhdudiyyətli insanların yaxşı yaşamasını təmin etmək üçün yaradılmışdır.[3]

Azərbaycanda bu dil dövlət dili statusuna malik deyil. (Amerika və bəzi Avropa ölkələrində dövlət dilidir.)

Beynəlxalq konfranslarda Azərbaycan işarət dili əvəzinə Rus işarət dilindən istifadə olunur.[mənbə göstərin]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "DEAF AZERBAIJANIS OF AZERBAIJAN". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-14.
  2. "Arxivlənmiş surət". 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-14.
  3. "Arxivlənmiş surət". 2011-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-14.