Etilendiamin (1,2-diaminoetan) H2NCH2CH2NH2 – amin sinfinə aid üzvi maddədir.
Etilendiamin | |
---|---|
Ümumi | |
Sistematik adı | etilendiamin |
Kimyəvi formulu | C2H8N2 |
Molyar kütlə | 60.1 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,899 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 11 °C °S |
Qaynama nöqtəsi | 117-119 °C °S |
Ammiak iyi verən rəngsiz maye, nəmli hava ilə əlaqədə tüstülənir . T qay. 116.5 oC, T ər. 8.5 oC, sıxlıq 0.899 q/sm3 (20oC). Etilendiamin suda yaxşı həll olur (məhlulun qızdırılması ilə), etanolda daha zəif, efirdə bir qədər pis, benzol və digər karbohidrogenlərdə isə heç həll olmur. Güclü əsasdır. Tərkibində iki aminoqrup olduğu üçün turşularla iki sıra duz əmələ gətirir. Bəzi metallarla (məsələn Cu, Mn, Co) kompleks birləşmələr əmələ gətirir. Etilendiamindinitrat qızdırıldıqda etilendinitraminə çevrilir ki, bu da partlayici maddədir. Kondensasiya reksiyasına girir: yüksək temperatur və təzyiqdə katalizator iştiraki ilə piperazinə, 1,2-diketonlarla - 2,3-dihidropirazinlərə; moçevina ilə reaksiyası zamanı – etilenmoçevinaya (2-imidazolinona) çevrilir.
Etilendiaminin sənayedə alınmasının əsas metodu ammoniyakın dixloretanla qarşılıqlı təsiridir.
Bundan başqa onu monoetanolaminin ammoniyakla qarışığının katalitik hidratlaşmasından almaq olar. 150-230oC.
Etilendiaminin başqa metodlarla sintezinə etilenin ammoniyakla və ya formaldehidin ammoniyak sianohidrogenlə reaksiyası aiddir.
Toksikdir. Etilendiamin dərini və yuxarı nəfəs yollarını qıcıqlandırır. Onun buxarlarının atmosfer havasındakı son hüdudu 0.03 mq/m3, iş sahəsində 2 mq/m3, su hövzələrində isə 0.2 mq/m3.
Etilendiamindən onun xlorsirkə turşusu ilə təsirindən etilendiamintetrasirkə turşusunun alınması üçün istifadə edilir. Onun yağlı turşularla düzları tekstil sənayesində yümşaldıcı agent kimi , eyni zamanda etilendiamin rənglərin və emulqatorların, latekslərin, plastifikatorların, fungisidlərin stabilizatorlarının, dərman preparatlarının (suprastin, eufillin, ranitidin) istehsalında tətbiq olunur.