Etilendiamintetrasirkə turşusu - Azərbaycan dilində qısaldılmış formada EDTS, ingilis dilində isə EDTA və bundan sonra –orjinalda olduğu EDTA kimi istifadə olunacaq,kimyəvi formulu (HOOCCH2)2N(CH2)2N(CH2COOH)2 – ibarət dördəsaslı karbon turşusudur, ağ rəngdə kiçik kristallara malik tozdur, suda az həll olur, bütün üzvi həlledicilərdə həll olur, qələvilərdə həll olur, metal kationları ilə etilendiamintetraasetat duzlarını əmələ gətirir. O, etilendiaminin monoxlorsirkə turşusu ilə kondensasiyasından alınır.
Etilendiamintetrasirkə turşusu | |
---|---|
Ümumi | |
Sistematik adı | etilendiamintetrasirkə turşusu |
Kimyəvi formulu | (HOOCCH2)2N(CH2)2N(CH2COOH)2 |
Molyar kütlə | 292,2438 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,86 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 237—245 °S |
Qaynama nöqtəsi | 237—245 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 60-00-4 |
PubChem | 6049, 5232305 |
RTECS | AH4025000 |
ChEBI | 4735 |
BMT nömrəsi | 3077 |
ChemSpider | 5826 |
EDTA ikilinatriumduzlarının dihidratları (komplekson ııı, trilon B, Na2-ЭДТА) şəklində toxuculuq, dəri, kağız, lakboya sənayesində, metal, kauçuk istehsalında, kinematoqrafiyada, suyun yumşaldılmasında istifadə olunur. Analitik kimyada ETDA-dan istifadə etməklə 60-dan çox elementi təyin etmək mümkün olur. Təbabətdə ETDA-dan orqanizmdə olan zəhərli və radioaktiv metalları çıxarmaq üçün, qanın konservləşdirilməsi üçün istifadə olunur. EDTA kobalt duzu toksikologiyada sinil və ya xlorsianla zəhərlənmə zamanı antidot qismində istifadə olunur. Stomatologiyada diş kanallarını endodontik emalında istifadə olunur. EDTA farmaseptik texnologiyalarda selikli qişa vasitəsilə orqanizmə daxilolmanı gücləndirən komponent kimi istifadə olunur1. Həmçinin kənd təsərrüfatında gübrə kimi istifadə olunur (elementlərin xelat formasında). Qidalandırıcı elementlərin xelat forması istər köklər və istərsə də yarpaqlar vasitəsilə yaxşı mənimsənilir. Molekulyar biologiyada maddələri təmizləmək üçün istifadə olunur. EDTA –nın natrium duzu məhsula 100%-li spirtlə birlikdə əlavə olunur.