Etoliya ittifaqı

Etoliya ittifaqının xəritəsi.

Etoliya ittifaqı q.yun. Κοινὸν τῶν Αἰτωλῶν)[1]Qədim Yunanıstanın Etoliya vilayətində yaşamış icmaların siyasi birliyi. İlk əvvəl tayfa ittifaqı xarakteri daşıyırdı. E.ə. III əsrin ikinci yarısında öz qüdrətinin ən yüksək zirvəsinə çatmışdır. Etoliya ittifaqının tərkibinə Etoliyadan başqa, Orta Yunanıstanın bir sıra vilayətləri, Fessaliyanın bir hissəsi, Peloponnesin bəzi şəhərləri də daxil idi. Etoliya ittifaqı federativ və demokratik əsaslar üzərində qurulmuşdu, bura daxil olan icmalar xeyli dərəcədə daxili muxtariyyətini saxlayırdı, lakin mühüm məsələlərin həlli, xüsusən də xarici siyasət ittifaq hökumətinə aid idi. Etoliya ittifaqının Romaya qarşı durmaq cəhdləri e.ə. 189-cu ildə tam məğlubiyyət və Romanın tabeliyinə keçməklə nəticələnmişdir.[2]

  1. "Αἰτωλός - Ancient Greek (LSJ) 👍". lsj.gr. 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  2. Етолија иттифагы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 113.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • John D. Grainger (1999) The League of the Aitolians (Google Books).
  • C. Michael Hogan, Cydonia, Modern Antiquarian, January 23, 2008 [1]
  • Krzysztof Kęciek (2002) "Kynoskefalaj 197 p.n.e" Serie Historic Battles Published in Warsaw by Bellona.
  • Joseph B. Scholten (2000) The Politics of Plunder: Aitolians and Their Koinon in the Early Hellenistic Era (Google Books).
  • Willis Mason West (1902) Ancient History to the Death of Charlemagne, Allyn and Bacon.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]