Yapon gərməşovu (lat. Euonymus japonicus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Yapon gərməşovu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yapon gərməşovu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yaponiyada, Qafqazda yayılmışdır.
Hündürlüyü 4-8 m olan həmişəyaşıl ağac və ya koldur. Cavan budaqları dörtdilli, qabığı qonurumtul-yaşıldır. Yarpaqları dərivarıdır, üst tərəfdən parlaq, tünd-yaşıl, altdan isə nisbətən solğun rəngdədir. Qaidə hissəsi pazvarı, kənarları oyuqvarı dişlidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərinin sayı 10-40 ədəd olub, yarımçətirli çiçək qrupunda yerləşir. Meyvəsi oktyabr-noyabr aylarında yetişir.
Gilli, qumsal torpaqlarda yaxşı bitir, şaxtaya, istiyə davamlıdır. Dəniz səviyyəsindən 1800 m hündürlüyə qədər olan meşələrdə seyrək hallarda bitir.
Bu növ Böyük və Kiçik Qafazda, Cənub bölgəsində yayılmışdır. Respublikanın bütün rayonlarında mədəni şəraitdə park və bağlarda rast gəlinir.
Dekorativ bitki kimi yaşıllaşdırmada geniş istifadə olunur.