Evans burnu

Evans burnu (ing. Cape Ewans) — Mak-Medro boğazında, Ross adasının qərb sahilərində yerləşən burun. Burun qayalıqdan ibarətdir və şimal hissəsində Erebus buxtası yerləşir.

Evans burnu
Yerləşməsi
77°38′ c. e. 166°24′ ş. u.HGYO
Akvatoriya Cənub okeanı
Ölkə  Antarktida
Evans burnu xəritədə
Evans burnu
Evans burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Burun ilk dəfə 1901-1904-cü illər təşkil olunmuş «Diskaveri» ekspedisiyası zamanı Robert Skott tərəfindən Skuary[1] burnu olaraq adlandırılmışdır. Skottun ikinci «Terra Nova» (1910—1913) ekspedisiyası zamanı isə burunun adı Kral donanmasının leytenantı Edvard evansın şərəfinə adlandırılmışdır[1][2]. Burun Robert Skottun ikinci ekspedisiyası zamanı qərargah olmuşdur. Bu baza 1914—1917-ci illər Ernest Şekltonun rəhbərlik etdiyi Britanoiyanın Transantartika ekspedisiyası zamanı istifadə edilmişdir.Tikili hal-hazırda da qalır və Skott daxması (ing. Scott's Hut) adlanır

1987 - 1992-ci illər ərzində Beynəlxalq Qeryi-Hökumət ekologiya təşkilatı olan Qrinpisə aid Dünya Okeanı vbazası fəaliyyət göstərmişdir.

Evans burnu insanın Antrakridada ilk addımları baxımından olduqca əhəmiyyətli ərazidir. Bu səbəbdən bölgə 1997-ci ildə Antraktidanın xüsusi qorunan ərazisi elan edilmişdir. 1972-cii ildə isə Skott daxması və qütb ekspedisiyası zamanı hətak olmuş ekspedisiya üzvlərinin öldüyü ərazidə yerləşən xaç Antraktidanın tarixi əraziləri və abidələri siyahısına daxil edilmişdir. Ərazi boyunca çoxlu sayda artefaktlar səpələnmişdir[3].

  1. 1 2 "U.S. Board on Geographic Names - Cape Evans" (ing.)). 2012-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-03-07.
  2. Langner, Rainer-K. (trans. Beech, Timothy) (2007). Scott and Amundsen: Duel in the Ice, p. 120. London: Haus Publishing. ISBN 1-905-79108-9
  3. "Antarktika xüsusi qorunan ərazilər üçün idarəetmə planı № 155" (PDF). 2015-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-07.