Mak-Medro boğazı ing. McMurdo Sound - Antarktidada buzla örtülü olub, təqribi olaraq eni və uzunluğu 55 km təşkil edir. Boğaz Ross dənizi akvatoriyasında yerləşir. Qərb sahillərində hündürlüyü 4205 m olan Royal Sociely Range dağı yerləşir. Cənubunda Mak-Medro şelf buzlağı yerləşir, şərq sahili Ross adasını ilə əhatələnir. Adada Erebus vulkanı yerləşir. Hündürlüyü 3794 m təşkil edir. Cənubunda Antarktidanın ən böyük elmi-tədqiqat bazası olan Mak-Medro ABŞ, Skot-Beys Yeni Zellandiya bazalarıdır. Boğaz Cənub qütbündən 1300 km uzaqlıqda yerləşir. Boğazın sahilləri yayda cəmi 10% buzdan azad olur. Boğazın sularına Sakit okean və Atlantik okeandan gələr isti cərəyanlar qərb küləklərinin təsiri ilə sıfıra endirilir. Qütb gecələri zamanı burada temperatur -51 °C, yanvar və dekabr ayları zamanı isə -1 °C qalxır. Qışda buzlağın qalınlığı 3 m-ə çatır.
Mak-Medro boğazı | |
---|---|
ing. McMurdo Sound | |
Ümumi məlumatlar | |
Eni | minimum 55 km |
Uzunluğu | 55 km |
Yerləşməsi | |
77°30′00″ c. e. 165°00′00″ ş. u. | |
Ölkə | Antarktida |
Akvatoriyası | |
Ayırır | Ross adasını materikdən |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Boğaz 1841-ci ilin fevralında Ceyms Klars Ross tərəfindən kəşf edilir. Boğaza ad leytenant, ekspedisiya rəhbəri HMS Terror gəmisinin kapitanı Arcibolda Makmedronun şərəfinə verilmişdir. XX-əsrdə Ernest Şeklton və Robert Skott boğazın sahilində düşərgə salmışlar. Hədəf isə Cənub qütbünə çatmaq olmuşdur.
Bu yer XX əsrdən Antarktidaya təşkil edilən əsas turizm maşrutlarından bidir. Turistlər Antarktida yarımadasından sonra əsasən bu boğaza təşrif buyururlar. Burda Antraktidanın ən böyük hava limanı olan Vilyans buz çölü də yerləşir. Üstəlik burada daim fəaliyyət göstərən liman vardır. Əsasən bazalara gələnlər bu limanlardan istifadə edir.
Sahillərində suitilər, imperator və adeli pinqivinləri üstünlük təşkil edir. Burada kitlərə də rast gəlinir.