Everything You've Come to Expect

Everything You've Come to ExpectThe Last Shadow Puppets qrupunun 1 aprel 2016-cı ildə Domino Records tərəfindən buraxılan ikinci albomu. Albom 2014-cü ildə London, Paris və Los-Anceles şəhərlərində qrupun həmmüəllifləri Aleks Törner və Mayls Keyn tərəfindən yazılmışdır. Prodüserliyini Malibuda qrupun üzvü Ceyms Ford qonaq musiqiçi Mett Helders və yeni basçı Zak Daues ilə birlikdə etmişdir. Aranjimanlar əvvəlki albomda olduğu kimi yenidən Ouen Pallett tərəfindən edilmişdir. Üz qabığında 1969-cu ilin noyabrında Cek Robinson tərəfindən çəkilmiş Tina Törnerin rəqs etdiyi zaman çəkilmiş şəkli yer almışdır. Şəkli illüstrator Metyu Kuper dəyişdirərək ona qızılı rəng verib.

Everything You've Come to Expect
"The Last Shadow Puppets" tərəfindən ifa olunmuş studiya albomu
Növü studiya albomu
Yayımlanma tarixi 1 aprel 2016
Yazılma tarixi 2015 yayı
Studiya Shangri-La, Malibu, Kaliforniya
Janr
  • çeymber pop
  • barok pop
  • mavi-göz soul
  • psixodelik pop
Müddət 37:23
Dil ingilis dili
Leybl Domino
Prodüser Ceyms Ford
"The Last Shadow Puppets" albomlarının xronologiyası
"The Age of the Understatement"
(2008)
"Everything You've Come to Expect"
(2016)
"The Dream Synopsis"
(2016)

Everything You've Come to Expect qrupun əvvəlki albomundan fərqli olaraq daha çox maksimalist səviyyədə hazırlanıb. Mahnılar əsasən barokko-pop, mavi göz soul və psixodelik pop janrındadır. Albom desert rock, postpank, fank, disko və italyan film saundtrekləri də daxil olmaqla müxtəlif yerlərdən təsirlənib. Mahnıların sözləri hedonizm, romantika, özünə dəyər və iki gənc kişinin gecə həyatı haqqındadır.

Live4Ever-ə verdiyi müsahibədə ifaçı Aleks Törner Mayls Keyn ilə bərabər mahnı yazaraq layihəni yenidən canlandırmağa həvəsli olduğunu demişdi.[1] Albom 2015-ci ilin yayında Kaliforniyanın Malibu şəhərində Rik Rubinin Shangri-La səsyazma studiyasında lentə alınıb.[2][3][4] Qrup bunun onlar tərəfindən buraxılacaq albom trilogiyasının ikinci hissəsi olduğunu bildirir. The Last Shadow Puppets NME-yə verdiyi müsahibədə İsak Hayes və The Style Council-dan təsirləndiyini deyib. Prodüser Ceyms Ford 2015-ci ilin noyabrında albomun tamamlandığını açıqladı.[5]

LA Weekly-yə danışan qrup albomda yer alan orkestrin Hollivudda yerləşən "United Recording" studiyasında qeydə alındığını bildirib.[6]

Albomun üz qabığı

[redaktə | mənbəni redaktə et]

Üz qabığında 1969-cu ilin noyabrında Nyu-Yorkda Cek Robinson tərəfindən çəkilmiş müğənni Tina Törnerin rəqs etdiyi foto yer alıb.[7]Foto Aleks Törnerə dostu tərəfindən hədiyyə edilmişdi, sözügedən foto Törnerin evindəki mətbəxdə uzun müddət asılı qaldıqdan sonra albom şəkli kimi seçildi. Tina Törnerin komandası fotonun albom şəkli kimi istifadə edilməsi ilə razılaşdı. Arctic Monkeys-in albomlarını dizayn edən Metyu Kuper, bu fotonu dəyişdirərək ona qızılı rəng verib.

Albom şəkli 2016-cı ilin "Ən yaxşı albom rəsm əsəri" mükafatını qazanaraq Devid Bouinin Blackstar-ını məğlub etdi. Mükafat Art Vinyl tərəfindən təşkil edilmişdi.[8]

Tənqidçilərin şərhi

[redaktə | mənbəni redaktə et]
 İcmallar
Tənqidçilərin qiyməti
Mənbə Reytinq
AnyDecentMusic? 6.5/10[9]
Metacritic 70/100[10]
Allmusic 4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz[11]
The Daily Telegraph 4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz[12]
The Guardian 3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz[13]
The Independent 4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz[14]
Mojo 3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz[15]
NME 4/5[16]
Pitchfork 5.6/10[17]
Q 3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz[18]
"Rolling Stone" 3.5 5 dən ulduz3.5 5 dən ulduz3.5 5 dən ulduz3.5 5 dən ulduz3.5 5 dən ulduz[19]
"Uncut" 7/10[20]

"Everything You've Come to Expect" müasir musiqi tənqidçilərindən müsbət rəylər əldə etdi. Əsas tənqidçilərin rəylərinə 100-dən normallaşdırılmış xal təyin edən Metacritic-də albom 28 rəy əsasında orta hesabla 70 xal aldı ki, bu da "ümumiyyətlə müsbət rəylər" olduğunu göstərir.[10]

Müsbət rəydə The Independent albomun eksperimental xarakterini qeyd etdi və albomun "zamanla yaxşılaşdığını" yazdı.

Trek siyahısı

[redaktə | mənbəni redaktə et]

Qeyd edilənlər istisna olmaqla, bütün treklər Aleks Törner və Mayls Keyn tərəfindən yazılmışdır.

BaşlıqVokalMüddət
1.""Aviation""Keyn3:43
2.""Miracle Aligner" (Törner, Aleksandra Savior)"Törner4:05
3.""Dracula Teeth""Törner və Keyn2:51
4.""Everything You've Come to Expect""Törner və Keyn3:13
5.""The Element of Surprise""Törner və Keyn2:52
6.""Bad Habits""Keyn3:00
7.""Sweet Dreams, TN""Törner3:56
8.""Used to Be My Girl""Keyn və Törner2:55
9.""She Does the Woods""Törner3:30
10.""Pattern""Keyn4:15
11.""The Dream Synopsis""Törner3:03
12.""The Bourne Identity""Törner3:05
  1. "The Last Shadow Puppets". QRO Magazine. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.
  2. Perry, Kevin Eg. "The Last Shadow Puppets - The Full NME Cover Interview". NME. 22 January 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2016.
  3. Britton, Luke Morgan. "The Last Shadow Puppets pay tribute to David Bowie". NME. 21 January 2016. 1 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2016.
  4. Gordon, Jeremy. "The Last Shadow Puppets Announce New Album Everything You've Come to Expect". Pitchfork Media. 20 January 2016. 9 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2016.
  5. Britton, Luke Morgan. "The Last Shadow Puppets' new album is 'finished' and will be released in 2016". NME. 17 November 2015. 1 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2016.
  6. Andy Hermann. "The Last Shadow Puppets Joke Around About Everything, Except Their Music". L.A. Weekly. 28 March 2016. 10 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2022.
  7. "Tina Turner". robinsonarchive.com. 4 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2016.
  8. "The Last Shadow Puppets beat David Bowie to win album art prize". bbc.co.uk. 28 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2017.
  9. "Everything You've Come To Expect by The Last Shadow Puppets reviews". AnyDecentMusic?. 12 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2019.
  10. 1 2 "Reviews for Everything You've Come to Expect by The Last Shadow Puppets". Metacritic. 12 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 April 2016.
  11. Collar, Matt. "Everything You've Come to Expect – The Last Shadow Puppets". AllMusic. 12 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2016.
  12. McCormick, Neil. "Welcome return of pop's Puppet masters". The Daily Telegraph. 1 April 2016. 12 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2019.
  13. Petridis, Alexis. "The Last Shadow Puppets: Everything You've Come to Expect review – more a smirking in-joke than a band". The Guardian. 24 March 2016. 12 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2016.
  14. Stolworthy, Jacob. "The Last Shadow Puppets, Everything You've Come To Expect, album review: 'An unhurried follow-up that feels experimental'". The Independent. 31 March 2016. 31 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2019.
  15. Gilbert, Pat. "The Last Shadow Puppets: Everything You've Come to Expect". Mojo (270). May 2016: 86.
  16. Nicolson, Barry. "The Last Shadow Puppets – 'Everything You've Come To Expect' Review". NME. 23 March 2016. 24 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 March 2016.
  17. Snapes, Laura. "The Last Shadow Puppets: Everything You've Come to Expect". Pitchfork. 5 April 2016. 25 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2016.
  18. Perry, Andrew. "Strings Attached". Q (358). May 2016: 106.
  19. Dolan, Jon. "Everything You've Come to Expect". Rolling Stone. 1 April 2016. 2 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2016.
  20. Richards, Sam. "The Last Shadow Puppets: Everything You've Come to Expect". Uncut (228). May 2016: 75.