Aleksandra Savior

Aleksandra Savior MakDermot[6] (14 iyun 1995, Portlend) — amerikalı müğənni, bəstəkar. Onun debüt studiya albomu "Belladonna of Sadness" 2017-ci ilin 7 aprel tarixində Columbia Records tərəfindən buraxılmışdır.[7] İkinci studiya albomu "The Archer" 10 yanvar 2020-ci ildə işıq üzü görmüşdür.[8]

Aleksandra Savior
ing. Alexandra Savior
Aleksandra Savior 2016-cı ildə
Aleksandra Savior 2016-cı ildə
Ümumi məlumatlar
Doğum adı Alexandra Savior McDermott[1]
Doğum tarixi [2] (29 yaş)
Doğum yeri Portlend, Oreqon, ABŞ[3]
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı yazarı
Fəaliyyət illəri 2013-cü ildən
Janrlar drim-pop[d], indi-rok, psixodelik rok
Albom şirkəti
alexandrasavior.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandra Savior 14 iyun 1995-ci ildə Oreqon ştatının Portlend şəhərində anadan olub.[1] O, ana bətnində olarkən anasına uşaqlıq yolu xərçəngi diaqnozu qoyulmuş, xoşbəxtlikdən anası xəstəlikdən sağalmışdır. Bu hadisəyə görə atası onun orta adı kimi Xilaskar mənasına gələn Savior-u seçib.[9]

Aleksandranın 12 yaşı olarkən valideynləri boşanmış, atası Nyu-Orlensə daşınmışdır. O, mahnı yazmağa 14 yaşında maraq göstərib. Musiqiçiliklə məşğul olan böyük qardaşından ilham alıb.[6] Soulqranj janrında olan mahnıları, ələlxüsus da atasının səsyazmalarını – Pearl Jam, Otis Redding və Jimi Hendrix kimi sənətçilərə qulaq asaraq böyüyüb. Yeniyetmə yaşlarında ikən dinləməkdən zövq aldığı musiqiçilər Jack White, Etta James və The Velvet Underground olmuşdur. O, bu yaşlarında vokal ifa etmək üzrə dərslər almışdır. Yuxarı siniflərdə oxuduğu dövrlərdə həmyaşıdlarının qısnaması ilə üzləmiş və bundan dolayı bir neçə dəfə orta məktəbi dəyişməli olmuşdur.[1]

Aleksandra Savior 2012-ci ilin sentyabrında 17 yaşında olarkən Kortni Lavın "Big Jet Plane" mahnısına olan kover ifası videosunu YouTube platformasına yerləşdirmiş və diqqətləri öz üzərinə cəlb etmişdir.[10] Rəy yazanlar onun gələcəyinin parlaq olduğunu düşünürdülər.[11] O, 2013-cü ilin aprel ayında Kaliforniyadan olan dizayner Erin Fetherston üçün fotosessiya etdirmiş və debüt albomu üzərində işlədiyindən danışmışdır.[12] Orta təhsilini 2013-cü ilin iyun ayında başa vurub.[1] Öncə incəsənət məktəbinə daxil olmaq niyyətində olmuş, lakin sonradan fikrini dəyişərək musiqiçi kimi karyera qurmaq arzusu ilə Los-Ancelesə köçüb.[6] Həmin il bir çox leybllardan təkliflər almış, axırda isə Columbia-nı seçmişdir. O, deyir ki, digər leybllar onun Keti Perri və Pink kimi məşhur pop müğənnilərinin üslubunda mahnı oxumasını şərt qoymuşdular. Musiqiçi-prodüser Linda Perri onun keyfiyyətlərini Fiona Epplınkına oxşatmışdır.

Aleksandra Savior 2014-cü ildə Los-Ancelesdə yaşayarkən Arctic MonkeysThe Last Shadow Puppets qrupuna görə tanınan ingilis musiqiçilər Aleks Törner və həmkarı Ceyms Ford ilə debüt studiya albomu üzərində işləməyə başlayıb.[6] Debüt albom üçün düşünülən ilk ad "Strange Portrait" olmuşdur. Baxmayaraq ki, sonradan bu adı 1973-cü ildə çıxan "Belladonna of Sadness" adlı anime filminin adı ilə əvəz edilmişdir.[13][6][14] O, əvvəlcə debüt albomunu səhnə adı kimi seçdiyi Alexandra Semitone ilə buraxmağı planlaşdırırdı.[15] Ancaq, Törnerdən aldığı tövsiyəndən sonra bu səhnə adından imtina edib.[16] İkisinin birlikdə albom üçün yazdıqları demo mahnılardan biri olan "Risk", 2015-ci ildə efirə girən "True Detective" serialının ikinci mövsümünün saundtrekində yer alır.[6] Onun adı titrlərdə Alexandra Semitone olaraq göstərilmişdir.

Aleksandra Saviorun ilk rəsmi mahnısı olan "Shades" 17 iyun 2016-cı ildə yayımlanıb.[17] O, Törner ilə səsyazma seansları zamanı yazdığı "Miracle Aligner" mahnısını debüt albomuna daxil etməkdən imtina etmişdir. Törner nəticədə bu mahnını təzədən yazaraq The Last Shadow Puppets qrupunun ikinci studiya albomuna əlavə edib.[6] Savior özünün çəkdiyi bəzi rəsmləri sinqllarının üz qabığı kimi istifadə edir.[6]

"Belladonna of Sadness" 2015-ci ilin iyun ayında yazılıb qurtarılsa da, buraxılmayıb. Saviorun sözlərinə görə albom üzərində bir az işləməyə ehtiyac vardı.[6] O, həmin illərdə Los-Anceles, Nyu-YorkLondon kimi şəhərlərdə bir neçə məhdud konsert proqramı ilə çıxışlar etdi.[14][15] Bu canlı çıxışlarda onu PAPA qrupunun üzvləri müşayiət edirdi.[14][15]

Aleksandra Savior, Li Mişelin 2017-ci ildə buraxığı "Places" albomunda yer alan "Sentimental Memories" mahnısının həmmüəllifi olmuşdur. O, 2016-cı ildə Bruklində qurulmuş Dark Tea qrupunun "Providence Sky" mahnısında qonaq vokalist kimi çıxış edir.[18]

O, debüt albomunun buraxılışından sonra yeni yazdığı mahnılardan olan demoları Columbia Records-a təqdim etdi. Çox keçməmiş səsyazma şirkətindən rədd cavabı alıb. Zira ki, onun debüt studiya albomu şirkətin gözlədiyi kommersiya performansını qarşılamırdı. Sonda leybl müqaviləyə son qoyub. Saviorun meneceri isə istefa vermişdir.[19] Bu dövrlər onun üçün "çox çətin olmuşdu", o, karyerasının bitdiyini düşünürdü.[19][20] O, bu üzdən Los-Ancelesdən ayrılaraq anasının yanına, Portlendə qayıtmışdır. Həmin vaxtlarda təhsilini davam etdirmək məqsədilə kollecə yazılıb. Sonralar prodüser Danger Mouse ona təklif edib ki, Broken Bells qrupunun "Good Luck" mahnısı üçün vokal ifa etsin. Hansı ki, 2019-cu ilin sentyabrında buraxılıb.

Bir qədərdən sonra Broken Bells və The Shins qrupunun üzvü Ceyms Merser ondan demolarını göndərməsini rica edib. Bundan belə, Savior Danger Mouse-nin sahib olduğu "30th Century Records" şirkəti ilə saziş imzalayır. Bunun arxasınca o, 2019-cu ilin noyabrında prodüser Sem Koen ilə birlikdə Nyu-Yorkda yeni albomu üçün mahnılar yazmağa başlayıb.[20] Aleksandra Savior 2019-cu ilin iyununda "Belladonna of Sadness"-in buraxılışından iki il sonra, ikinci studiya albomu "The Archer"-dən ilk sinql "Crying All The Time" ilə geri dönüb. Bu sinql 14 iyun 2019-cu ildə buraxılıb.[21] Daha üç sinqlın yayımlanmasından sonra ikinci studiya albomu "The Archer" 2020-ci ilin 10 yanvar tarixində 30th Century Records tərəfindən buraxılmışdır.[22]

İl Ad Albom
2016 "Shades"[24] Belladonna of Sadness
"M. T. M. E."[25]
"Mystery Girl"[26]
2017 "Mirage"[27]
"Vanishing Point"[28]
"Bones"
2019 "Crying All the Time"[29] The Archer
"Saving Grace"[30]
"The Archer"[31]
"Howl"[32]
  1. 1 2 3 4 Eboma, Tatsha C. "Alexandra McDermott". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
  2. "Login • Instagram". Instagram.com. March 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 18, 2021.
  3. "Alexander Savior Debuts First Official Song 'Shades'". Broadwayworld.com. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
  4. "30th Century Records » Alexandra Savior". 30thcenturyrecords.com. August 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 18, 2021.
  5. Production, Columbia Records Digital. "Columbia Records – Music Moving Forward". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
  6. 1 2 3 4 5 6 7 8 9 Graves, Shahlin. "Interview: Alexandra Savior on her upcoming debut album". Coup De Main Magazine. October 10, 2016. 31 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2016.
  7. Graves, Shahlin. "Alexandra Savior announces debut album 'Belladonna of Sadness' + drops new song 'Mystery Girl'". Coup De Main Magazine. November 22, 2016. 10 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2016.
  8. "Alexandra Savior Finds Her Voice on 'The Archer': Album Premiere". Billboard. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-13.
  9. Sitat səhvi: Yanlış <ref> teqi; :1 adlı istinad üçün mətn göstərilməyib
  10. "Alexandra Savior - Artist Profile". eventseeker.com (ingilis). 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.
  11. "Video: Courtney Love Declares Alexandra McDermott The Next Big Thing". March 10, 2017 tarixində orijinalından arxivləşdirilib.
  12. "The Next Big Thing: Alexandra McDermott – Galore". April 29, 2013. September 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 31, 2022.
  13. "Alexandra Savior". nightout.com. 23 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2016.
  14. 1 2 3 "Alexandra Savior, Mystery Girl, Steps out of the Shade". Noisey. 22 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2016.
  15. 1 2 3 "Alexandra Savior's May 2016 Williamsburg Show Reviewed". NME. May 27, 2016. 11 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2016.
  16. "Shazam". Shazam.com. August 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 18, 2021.
  17. BWW News Desk. "Alexander Savior Debuts First Official Song 'Shades'". 31 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2016.
  18. Graves, Shahlin. "Listen: Alexandra Savior features on Dark Tea's 'Providence Sky'". Coup De Main Magazine. December 1, 2016. 31 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2018.
  19. 1 2 "Alexandra Savior on her sophomore record being a reflection of self-discovery and growth". Hero (ingilis). 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  20. 1 2 "Alexandra Savior quietly dropped the most underrated indie album of 2020". Blunt Magazine (ingilis). 2020-08-11. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  21. "Premiere: Alexandra Savior Shares New Single, 'Crying All The Time'". Forbes. June 13, 2019. 31 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2019.
  22. "The Archer". Music.apple.com. 2022-08-31 tarixində arxivləşdirilib.
  23. "LADYGUNN". Ladygunn.com. September 12, 2019. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 18, 2021.
  24. "Shades - Single On Spotify". Spotify. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2019.
  25. "M.T.M.E. - Single On Spotify". Spotify. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2019.
  26. "Mystery Girl - Single On Spotify". Spotify. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2019.
  27. "Mirage - Single On Spotify". Spotify. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2019.
  28. "Vanishing Point - Single On Spotify". Spotify. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2019.
  29. "Crying All the Time - Single On Spotify". Spotify. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2019.
  30. "Saving Grace - Single On Spotify". Spotify. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2019.
  31. "The Archer - Single On Spotify". Spotify. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2019.
  32. "Howl - Single On Spotify". Spotify. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]