Evika Siliņa (3 avqust 1975[1], Riqa[1]) — Latviya siyasətçisi. 15 sentyabr 2023-cü ildən Avropa ölkəsi Latviyanın baş naziri.[2] Silina əvvəllər Krişjanis Karinşin rəhbərlik etdiyi ikinci kabinetdə rifah naziri vəzifəsində çalışıb.[3]
Evika Silina | |
---|---|
latış. Evika Siliņa | |
Latviyanın 24-cı Baş naziri | |
Vəzifədədir | |
15 sentyabr 2023-cü ildən | |
Prezident | Edgars Rinkēvičs |
Əvvəlki | Krišjānis Kariņš |
Latviyanın Rifah Naziri | |
14 dekabr 2022 – 15 sentyabr 2023 | |
Əvvəlki | Gatis Eglītis |
Sonrakı | Uldis Augulis |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 avqust 1975[1] (49 yaş) |
Doğum yeri | |
Partiya | Valid |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hüquqşünas |
Uşağı | 3 |
Vikianbarda əlaqəli mediafayllar |
Silina 1993–1997-ci illərdə Latviya Universitetində hüquq təhsili alıb, burada hüquq üzrə bakalavr dərəcəsi alıb və hüquqşünas ixtisasına yiyələnib və Riqa Ali Hüquq məktəbində sosial elmlər, beynəlxalq hüquq və avropa hüququ üzrə magistr dərəcəsi alıb.[4] Silinanın ana dili latış dilidir və o, ingilis və rus dillərini mükəmməl bilir.[5]
2003-cü ildən 2012-ci ilə qədər Silina beynəlxalq və milli kommersiya hüququ üzrə ixtisaslaşmış müstəqil hüquqşünas kimi çalışıb. Həmçinin bu müddət ərzində Silina ictimai elektron rabitə məsələlərinin (telekommunikasiya, internet) hüquqi xidmətlərində, eləcə də qeyri-hökumət təşkilatlarının yaradılmasında və məsləhətçiliyində çalışıb.
Evika Silina 2013-cü ilin yanvarından 23 yanvar 2019-cu ilə qədər Daxili İşlər Nazirliyində parlament katibi vəzifəsində çalışıb.
2019-cu il yanvarın 23-də Baş nazir Krişyanis Karinşin rəhbərlik etdiyi Nazirlər Şurasının təsdiqindən sonra o, baş nazirin ofisinə parlament katibi vəzifəsini tutdu.
Silina 2022-ci ildə Latviya parlament seçkilərində Yeni Birlik partiyasından namizəd kimi iştirak edib və ölkənin qanunverici orqanı olan Seymanın 14-cü müddətinə deputat seçilib.[6]
6 dekabr 2022-ci ildə Silina Krisjanis Karinş hökumətində rifah naziri elan edildi və yeni kabinet dekabrın 14-də təsdiqləndi.[7][8]
16 avqust 2023-cü ildə Krisjanis Karinşin istefasından sonra Yeni Birlik Partiyası Silinanın baş nazir postuna namizədliyini irəli sürüb. Avqustun 24-də prezident Edqars Rinkeviçs ondan hökumət qurmağı xahiş edib. O, rəsmi olaraq sentyabrın 15-də vəzifəsinin icrasına başlayıb.[9][10]