Exochorda racemosa (lat. Exochorda racemosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin ekzoxorda cinsinə aid bitki növü.
Exochorda racemosa | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Exochorda racemosa |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Mərkəzi və Qərbi Asiyada geniş yayılmışdır.
4 m-ə qədər hündürlüyü olan şaxəli koldur. Cavan zoğları nazik, qırmızımtıl-qonur, çılpaq budaqları bozumtul-ağımtıl mərcimək-lidir.Yarpaqları uzunsov tərs yumurtavarı və lanset formalı olub, 2-10 sm uzunluqdadır. Qaidə hissədə daralmış pazvarı, təpə hissədə isə itiləşmiş və ya küt, qısa, qığırdaqtəhər çıxıntılıdır. Saplağı 2-10 mm uzunluqda olub, oturandır. Çiçəkləri 3-10-a qədər sıx çiçək salxımında, 3-8 sm uzunluqda çılpaq zoğların ucundadır. Tacı ağ rəngli, diametri 2,8-4,5 sm-dir, erkəkciyi 25-dir. Kasa-yarpaqları dəyirmi, üçkünclü-dür, 3-16 sm uzunluqdadır. Meyvələri 12-17 mm uzunluq-dadır. Meyvə saplağı qısadır (5-3 mm). Toxumları yümur-tavarı, yastıdır. Aprel-iyun aylarında çiçəkləyir, meyvələri avqustda yetişir.
Rütubətə, istiyə, soyuğa davamlıdır. Münbit torpaqlarda yaxşı bitir.
Böyük Qafqazda təbii halda rast gəlinir.
Yaşıllaşdırmada geniş istifadə olunur.