Eyad Hammoud (Bolqarca: Ияд Хамуд; 24 iyul 2001-ci ildə anadan olub) — Çempionşip təmsilçilərindən olan Şeffild Uensdey komandasında hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan — Livan futbolçusudur.
Eyad Hammoud | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Tam adı | Eyad Omar Hammoud | ||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||
Doğum yeri | Beyrut, Livan | ||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||
Klub | Şeffild Uensdey | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Hammoud öz peşəkar karyerasında debütünü Lokomotiv Plovdiv klubu ilə 20 noyabr 2016-cı ildə yerli derbilərdən sayılan Botev Plovdiv klubu ilə oyunda etmişdir. Meydana 15 yaş 3 ay 26 günlüyündə çıxan Hammoud Bolqarıstan Milli Futbol Çempionatında oyuna çıxan ən gənc ikinci futbolçu hesab edilir.[1][2] Həmin görüşdə Lokomotiv 2-0 hesabı ilə qələbə qazandı və Hammoud birinci qol vurularkən qol ötürməsi ilə yadda qaldı.[3]
2017-ci ilin əvvələrində Hammoud Şeffild Uensdey klubunda baxışdan keçmişdir. O, yayda klub ilə müqavilə imzalamaq üçün Lokomotiv klubuna geri dönmüşdür.[4] 27 iyun 2017-ci ildə Hammoud icazə əldə edənə qədər klubun U-18 millisi ilə iki illik müqavilə imzalamışdır.[5]
Hammoud 23 may 2017-ci ildə Bolqarıstan U-16 millisi ilə Kipr U-16 millisinə qarşı oyunda iştirak etmiş və görüş 1-1 hesabı ilə başa çatmışdır.[6]
Klub performansı | Liqa | Kubok | Kontinental | Digər | Ümumi | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Klub | Liqa | Mövsüm | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |
Bolqarıstan | Liqa | Bolqarıstan Kuboku | Avropa | Digər[a] | Ümumi | ||||||||
Lokomotiv Plovdiv | Birinci Liqa | 2016–17 | 3 | 0 | 0 | 0 | – | – | 3 | 0 | |||
Ümumi | 3 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 3 | 0 | |||
Karyera statistikası | 3 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 3 | 0 |
Hammoud Livanda anadan olmuşdur. Onun atası Omar Hammoud Livanlı, anası Mariya isə Bolqarıstanın Burqas şəhərindəndir. 2009-cu ildə Hammoudun 8 yaşı olarkən ailəsi Bolqarıstanın Plovdiv şəhərinə köçmüşdür.[7] O, həm Bolqarıstan, həm də Livan vətəndaşıdır.
(*Kristian Dobrev ilə birlikdə)