Eyfema (lat. Zegris eupheme) — zeqris cinsinə aid kəpənək növü. Cənubi Qafqaz endemidir.
Eyfema | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Eyfema |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Sarımtıl-ağ rəngli gündüz kəpənəyidir. Ön qanadlarının zirvəsi bozumtul-qara rəngdə olub, narıncı-sarı, bəzən isə qırmızı ləkəlidir, arxa qanadlar üzərində isə şəffaf yaşılımtıl-mərməri naxışlar vardır.[1]
Cənubi Qafqazda, Naxçıvan MR və Talışın (Zuvand) dağətəyi və dağlıq yerlərinin kserofil bitkilər bitən bölgələrində yayılmışdır.
Dağ kserofitləri ilə örtülü dərə və yamaclarda yaşayır. Kəpənəklərin qanadlarının eni açıq halda 40-45 mm-ə çatır. Mayda və iyunun əvvəlində uçurlar. Uçuşları xırıltılı və sürətlidir. Tırtılları iyun-iyul aylarında şüvəran bitkisinin yarpaqları ilə qidalanır. Puplaşma çim içərisində keçir və puplar qışlayır. İldə bir nəsil verir. Tırtıllar üzərində ichneumonidae və braconidae fəsiləsindən olan müxtəlif minicilər parazitlik edir. [2]
Sabit azsaylı növdür. R.Əffəndi tərəfindən Naxçıvan MR-da 4, Talışda 5 kəpənəyi qeydə alınmışdır.
Yaşayış sahələrinin mal-qara tapdağına çevrilməsi, ot örtüyünün insanlar tərəfindən biçilməsi məhdudlaşdırıcı amillərdəndir.
Tutulmasının qadağan edilməsi qorunması üçün qəbul edilmiş tədbirlərdəndir. Rusiyanın, Ukraynanın Qırmızı kitabına və Azərbaycanın Qırmızı kitabinın I nəşrinə daxil edilmişdir.
Kəpənəyin yayıldığı ərazilərdə qorunan sahələrin təşkil edilməsi, onun sayı və populyasiyanın vəziyyəti barədə məlumat əldə etmək üşün hər il monitorinqlərin keçirilməsi qorunması üçün məsləhət görülən tədbirlərdəndir.