"Eyforiya " (ing. Euphoria) — 2017-ci ildə çıxarılmış İsveç, Birləşmiş Krallıq və Almaniya birgə istehsalı olan dram filmidir. Eyforiya, rejissor Liza Lanqsetin ingilis dilli film debütüdür. Film, ilk dəfə 2017 Toronto Beynəlxalq Film Festivalının platforma seksiyasında nümayiş etdirilmişdir.[1]
Eyforiya | |
---|---|
ing. Euphoria | |
Janr | dram filmi |
Rejissor | Liza Lanqset |
Prodüserlər |
Patrik Andersson Frida Barqo Çarlz Kollier Alisiya Vikander |
Ssenari müəllifi | Liza Lanqset |
Baş rollarda |
Yeva Qrin Alisiya Vikander Şarlotta Remplinq Çarlz Dens Edrian Lester Mark Stenli |
Operator | Rob Hardi |
Bəstəkar | Liza Holmqvist |
İstehsalçılar |
B-Reel Dancing Camel Films SF Studios Vikarious Productions Distribütor: Svensk Filmindustri (İsveç) Wild Bunch (Almaniya) |
İlk baxış tarixi |
8 sentyabr 2017 (TBFF) |
Müddət | 104 dəq. |
Ölkələr |
İsveç Birləşmiş Krallıq Almaniya |
Dil | ingilis dili |
İl | 2017 |
IMDb | ID5698320 |
İki bacı olan İnes (Alisiya Vikander) və Emiliya (Yeva Qrin) uzun illərdir ki, görüşmürlər. Buna səbəb onlar arasında baş vermiş qalmaqal olsa da, bacılar barışmağa qərar verirlər. Uğurla fəaliyyət göstərən rəssam olan İnes son dövrlərdə yaradıcılıq böhran yaşayır. Emiliya bacısını gizli bir yerə birlikdə səfər etməyə çağırır və bu səfərin onun üçün çox mühüm olmasını bildirir. Onların getdikləri yer o qədər əlçatmaz məkanda yerləşir ki, ora yalnız vertolyotla çatmaq mümkündür. Məkana çatdıqda İnes öyrənir ki, bacısı müaəlicəsi mümkün olmayan bir xəstəlikdən əziyyət çəkir və onların gəldikləri bu yer bir növ imkanlı adamlar üçün nəzərdə tutulmuş hospisdir. Burada müştərilər üçün yüksək səviyyəli xidmətlə həyatdan köçmə təmin edilir və Emili üçün təyin edilmiş vaxta cəmi altı gün qalıb. Ölüm qabağı Emili bacısı ilə münasibətlərini aydınlaşdırmağa çalışsa da, o, Emlinin seçimini qəbu edə bilmir. Ölüm və ayrılıqla üzbəüz qalmış bacılar ailə və sevgini dərk etməyə çalışırlar.
2013-cü ilin dekabrında filmin istehsalının erkən mərhələsinə başlanılmış və 2015-ci ildə çıxarılması planlaşdırılmışdı.[2] 2016-cı ilin əvvəllərində verdiyi müsahibədə Lanqset üçüncü filmində Avropada yüksəlməkdə olan intihara yardım fenomeni mövzusuna toxunulacağı və hadisələrin "uydurma evtanaziya klinikasında" baş verəcəyini qeyd edir.[3]
6 may 2016-cı ildə Alisiya Vikander və onun London agenti Çarlz Kollier Vikarious Productions şirkətini yaradırlar. Şirkətin istehsalı olan ilk filmin Lanqsetin rejissorluğu ilə çəkiləcək, baş rollarda Vikander və Yeva Qrinin oynadığı iki bacının hekayəsindən bəhs edən "Eyforiya" filmi olacağı haqqında məlumat verilir.[4]
Həmin ilin iyununda Şarlotta Remplinqin filmdə naməlum bir rolla çıxış edəcəyi bildirilir.[5] Avqustda isə Çarlz Dens, Edrian Lester və MArks Stenlinin filmin aktyor heyətinə qatılması məlum olur.
Filmin əsas çəkilişlərinə 2016-cı il avqustun əvvəllərində Münhendə başlanılmış, daha sonra çəkilişlər Almaniya Alplarında davam etdirilmişdir.[6]