Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Eynəkli pinqvin[3] və ya Afrika pinqvini (lat. Spheniscus demersus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ.
Eynəkli pinqvin | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Eynəkli pinqvin |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Öz cinsinin ən böyük nümayəndəsidir. Uzunluğu 65–70 sm, çəkisi 3–5 kq təşkil edir. Öz cinsinin digər nümayəndələri kimi onunda önü ağ, arxası isə qara rəngdə olur.
Arealı Cənubi Afrika, Namibiya və yaxınlıqda yerləşən adaların sahillərində yayılmışdır. 1900-cü ildə populyasiyanın sayı 2 mln, 2015-ci ildə isə sayı 140–180 min baş olmuşdur.
Bu növün nümayəndələri 20 km/s sürətlə suyun 100 m dərinliyinə üzə bilirlər. Suyun altında 2–3 dəqiqə qala bilirlər. Qida arxasınca 70–120 km dəniz daxilinə üzürlər. 2015-ci ildə Tiflisdə baş vermiş daşqın zamanı Tiflis zooparkından eynəkli pinqvin Kür çayı ilə 60 km aşağı axara doğru üzmüşdür[4]. Əsasən kiçik balıqlarla qidalanırlar[5]. Onların əsas düşmənləri: Köpək balıqları, dəniz pişikləri, qağayıları, insanlar və tənha pişiklər[6].
Qışqırıqları eşşək səsinə bənzəyir. Bu canlılar 10–12 il yaşaya bilirlər. 4–5 ilə nəsil verirlər. İki yumurta qoyan qişi ilə yanaşı erkəklərdə yumurtanın inkubasiyasında iştirak edir.
Növ Beynəlxalq Qırmızı Kitaba daxil edilmişdir. Növün sayı XX əsrdə yumurtlarının kütləvi yığılması sayəsində sayları olduqca azalmışdır. 1900–1930 illərdə il ərzində 450 min, 1950-ci illərdə ilə 100 min yumurta yığılmışdır. Təkcə 1919-cu ildə 600 min yumurta yığılır.