Eynar fon Şuler (alm. Einar von Schuler; 28 oktyabr 1930[1], Leypsiq, Saksoniya[d] – 14 fevral 1990[1]) — Almaniya şərqşünası.
Eynar fon Şuler | |
---|---|
alm. Einar von Schuler | |
Doğum tarixi | 28 oktyabr 1930[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 fevral 1990[1] (59 yaşında) |
İş yerləri |
Eynar fon Şuler 28 oktyabr 1930-cu ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. O, Leypsiqdəki Tomas məktəbində təhsil almışdır. Şuler daha sonra Leypsiq Universitetində və Azad Berlin Universitetində İohann Fridrixin rəhbərliyi altında qədim Yaxın Şərq (xüsusilə hetologiya) üzrə təhsil almışdır. O, 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Şuler daha sonra Heydelberq və Münster Universitetlərində Adam Falkenşteynin köməkçisi olmuşdur. O, Berlinə qayıdaraq habilitasiya təcrübəsindən keçmişdir. Şuler 1963-cü ildə Azad Berlin Universitetində qədim şərq filologiyası üzrə professor olmuşdur. O, 1969-cu ildə Suriyada Həbubə Qəbirə və Təll Munbəqat qazıntılarına rəhbərlik etmişdir. Şuler 1974-cü ildə Vilhelm Eylersi əvəz edərək Vürtsburq Universitetində şərq filologiyası üzrə professoru olmuşdur. O, 1987-ci ildə xəstəlik səbəbindən təqaüdə çıxmışdır. Şuler etnoloq İmmin fon Şuler-Şöninqlə (1926-1988) evlənmişdir.[2]
Şulerin əsərlərində əsas diqqət hetlərin tarixi və mədəniyyətinə yönəlmişdir və o, bu sahədə qaynaqların verilməsində qabaqcıl alimlərdən olmuşdur.[3]