Eynulla Ağayev

Ağayev Eynulla Xankişi oğlu – nasir, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Eynulla Ağayev
Eynulla Xankişi oğlu Ağayev
Doğum tarixi
Doğum yeri Ramana, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti yazıçı

Eynulla Ağayev 1907-ci il dekabrın 31-də Bakının Ramana kəndində, neftçi ailəsində doğulmuşdur. İbtidai təhsilini kənd məktəbində almışdır. 1926-cı ildə Sabir adına 23 saylı ikinci dərəcəli məktəbdə təhsilini davam etdirmişdir. Hərbi xidmət illərində Nuxa və Dağlıq Qarabağda cinayətkarlara qarşı mübarizədə iştirak etmişdir. Sonra Suraxanı neft mədənlərində fəhləlik etmişdir. Hələ orta məktəbdə oxuduğu vaxtdan ədəbiyyata güclü meyl göstərirdi. İlk şerlərini, məqalə və qeydlərini "Gənc işçi", "Kommunist", "Yeni yol" qəzeti redaksiyalarına göndərirdi. İlk hekayəsi "Balıqçı Kamil" 1928-ci ildə Tiflisdə buraxılan "Qızıl şəfəq" jurnalının 12-ci sayında çap olunmuşdur. Bundan sonra o ədəbi dərnəklərdə müntəzəm iştirak etmiş, 1931-ci ilin noyabnnda "Kommunist" qəzetinin partiya şöbəsinə ədəbi işçi qəbul olunmuşdur. Eyni zamanda pedaqoji institutda təhsilini qiyabi davam etdirmiş, 1935-ci ildə institutu bitirdikdən sonra "Yeni yol" qəzetinin ədəbiyyat və incəsənət şöbəsində müdir, sonra isə məsul katib işləmişdir. II dünya müharibəsinin ilk günlərindən səfərbərliyə alınmışdır. Kerç döyüşlərində ağır yaralanmış, müalicədən sonra yenidən ön cəbhəyə qayıtmışdır. 416-cı Taqanroq diviziyasının tərkibində ağır döyüş yolu keçmiş, Mozdok, Kuban, Krım, Qərbi Ukrayna, Polşa, Çexoslovakiya, Macarıstan uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, Krakovda hərbi xəstəxanada müalicədən sonra, 1946-cı ilin martında ordudan tərxis olunmuşdur. "Qırmızı ulduz", "Şərəf nişanı", "Hərbi xidmətə görə", "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illər İkinci Dünya müharibəsinin qələbəsi uğrunda" və b. orden və medallarla təltif olunmuşdur. 1946-cı ilin mayından "Azərbaycan pioneri" qəzetinin məsul redaktoru olmuş, bütün yaradıcılığını gənc nəslin yetişdiriliməsinə həsr etmişdir.

1978-ci il noyabnn 5-də Bakıda vəfat etmişdir. Bakı şəhər orta məktəblərindən biri onun adını daşıyır.

  1. Alagöz. Bakı: Uşaqgəncnəşr, 1942, 32 səh.
  2. Sirli qala. Bakı: Uşaqgəncnəşr, 1955, 88 səh.
  3. Dəcəllər (povest). Bakı: Uşaqgəncnəşr, 1958, 180 səh.
  4. Tək qayıq (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 128 səh.
  5. Şişpapaq (povest). Bakı: Azərnəşr, 1964, 196 səh.
  6. Dağlarda şimşək çaxır (povest). Bakı: Gənclik, 1967, 202 səh.
  7. Yağış mahnısı. Bakı: Gənclik, 1968, 174 səh.
  8. Povest və hekayələr. Bakı: Gənclik, 1976, 198 səh.
  9. Baba nağılı (povest və hekayələr). Bakı: Gənclik, 1978, 248 səh.
  10. Teleqram (povest və hekayələr). Bakı: Gənclik, 1982, 164 səh.