Eysay (栄西?, 15 dekabr 1141[1], Kaya rayonu[d] – 1 avqust 1215, Kennin məbədi[d]) – yapon buddist keşişi. Zed buddizminin Rinzay sektasını Yaponiyaya gətirmişdir və onun sayəsində Zen buddizmin müstəqil məktəbi kimi tanınmışdır. Eysay Yaponiyada çayçılığı populyarlaşdıran şəxs kimi də tanınır.
Eysay | |
---|---|
yap. 栄西 | |
Doğum tarixi | 15 dekabr 1141[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1 avqust 1215 (73 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | bhikşu |
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiyada "kokuşi" (milli müəllim) titulu ilə tanınan Eysay Okayama bölgəsində yaşayan Şinto rahiblərinin ailəsində anadan olmuşdur.[3] Dövrün bir çox rahibi kimi o da Hiei dağında yerləşən Tenday mərkəzində təhsil almışdır.[3] 1168-ci ildə ilk dəfə Çinə səyahət edərək Zen mərkəzlərini ziyarət etmişdir.[3] Gördüklərindən təsirlənən Eysay Zen sektasının Yaponiyada buddizm inancına canlanma gətirəcəyini düşünmüşdür.[3] 1187-ci ildə qitəyə səyahət edərək buddizmin Hindistandakı köklərini araşdırmaq istəmiş, lakin ona Çin sərhədlərini keçməyə icazə verilməmişdir.[3] 1191-ci ilə kimi Çində qalaraq orda buddizmin Rinzay sektasını öyrənmişdir.[3] Yaponiyaya qayıtdıqdan sonra Kyuşu adasında ilk Rinzay məbədi olan Şofuku məbədini tikdirmişdir.[3] Eysay Zen buddizminin digər buddizm təlimlərindən üstün olduğunu elan etməsi Tenday rahiblərinin xoşuna gəlməmiş və onlar yeni sektanı qanunsuz hesab etmişdilər.[3] Lakin şoqun Minamoto Yoriie onu qorumuş və 1202-ci ildə Eysaya Kiotada yerləşən Kennin məbədinin idarəetməsi verilmişdir.[3] Sayço və qismən Niçiren kimi Eysay da bu buddizmi milli rifahla əlaqələndirmiş və "Ölkəni qorumaq üçün Zenin təbliği" (興禅護国論, Kozen qokokuron?) adlı traktatla yaymışdır.[4] Lakin Eysay tez-tez Tenday və Şinqon sektaları ilə üzləşməli olmuşdur.[4] Eysay həmin sektalarla əldə etdiyi razılaşmalar əsasında Kennin məbədini qismən Zen məbədinə çevirmiş, Tenday və Şinqon sektalarının ibadəti üçün də yerlər ayırmışdır.[4] Ölümündən öncə hökumətin sifarişi Kamakurada ölkənin üçüncü Zen məbədi olan Cufuku məbədini tikdirmişdir və hərbi zümrənin Zenlə yaxın münasibəti bu dövrdən başlamışdır.[4]
Çay ilk dəfə 800-ci ildə buddist keşişlər tərəfindən Çindən Yaponiyaya gətirilsə də, Eysayın dövrünə qədər Yaponiyada çayçılıq geniş yayılmamışdı.[4] 1191-ci ildə Çindən qayıdan Eysay özü ilə gətirdiyi çay toxumlarını Kiotoda əkmişdir.[4] 1214-cü ildə yazdığı "Sağlam və uzunömürlü olmaq üçün çay içmək" (Kissa Yocoki) əsərində çayın əhəmiyyətindən söhbət açmışdır.[4] Çay Zen mediasiyası üçün əhəmiyyətli əlavə idi, çünki yuxululuğa qarşı kömək edirdi.[4]