Henri Hudzon (ing. Henry Hudson; 1565, İngiltərə krallığı[3] – ən tezi 23 iyun 1611[1][2][…], güm. Ceyms körfəzi[d], Nunavut) — məşhur ingilis səyyahı, coğrafiyaçı. Şimali Amerikadakı Hudzon körfəzi və Hudzon çayı onun adı ilə bağlıdır.
Henri Hudzon | |
---|---|
ing. Henry Hudson | |
Doğum tarixi | 1565 |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 23 iyun 1611[1][2][…] |
Vəfat yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], dənizçi[d] |
Fəaliyyət illəri | 1607-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Henri Hudzon 1550-ci ildə anadan olmuşdur.
İngilis mənşəli Henri Hudzon Şimali Amerikanın tətqiqadçılarından biri olmuşdur. O, Atlantik okeanından Sakit Okeana daha qısa su yolu axtarırdı. 1609-cu ildə Hudzon çayını, 1610–1611-ci illərdə isə Hudzon körfəzi ilə Hudzon boğazını kəşf etmişdir. 1611-ci ilin yazında qərbə tərəf üzmək istəsə də heyətin üsyanı nəticəsində üsyançılar onu oğlu və sadiq dənizçiləri ilə birlikdə qayığa mindirib tərk etmişdilər.
Bir çox səyyahlar kimi Hudzon da Atlantik okeanından Şimal Buzlu okeanını keçməklə Sakit okeana dəniz yolu axtaran və materikin sahil zonalarını tədqiq edən səyyah olmuşdur.
Avrasiya materikinin şimalından Sakit okeana səyahəti baş tutmayan Hudzon 1609-cu ildə Şimali Amerikaya səyahətini həsr edir. Bu səyahətdə o, materikin sahil zonalarının birhissəsini tədqiq etməklə, avropalılar üçün naməlum, hazırda öz adına olan Hudzon çayını aşkar edir. 1610–1611-ci illərdə Hudzon Amerikanın şimalından qərb istiqamətdə keçid axtarmaq cəhdini göstərir. Ilk cəhddə o Hudzon boğazını kəşf etməklə Hudzon körfəzinə (əslində dənizdir) daxil olur. Qərb istiqamətdə xeyli axtarışdan sonra ekspedisiya üzvləri körfəzdə qışlamalı olurlar. 1611-ci ilin yazında qərb istiqamətdə axtarışı davam etdirmək istəməyən heyət üsyan qaldırmaqla axtarışı dayandırır. Hudzon ona sadiq olan bir neçə dənizçi və oğlu ilə bərabər qayığa düşürdülərək talehin ümidinə buraxılır. Qütbün böyük tədqiqatçılarından biri olan Henri Hudzonun həyat və fəaliyyəti belə başa çatmış olur. Sonralar bir çox cəhdlərə baxmayaraq Şimali Amerikanın şimalından qərb istiqamətdə keçidin olmasını müəyyən etmək Norveçli qütb səyyahı Rual Amudsenə qismət olmuşdur. 1903–1906-cı illər ərəfəsində materikin şimal hissələrində tədqiqat işləri aparmaqla ilk dəfə olaraq Qrenlandiyanın Alyaska yarımadasına qədər üzə bilmişdir.