Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı -- 18 fevral 2014-cü ildə təsis edilmişdir. İttifaq Azərbaycan Respublikasının ərazisində yerləşən və fəaliyyət göstərən sahənin bütün müəssisələrində çalışan işçilərin,habelə,təqaüdçülərin müstəqil ictimai,qeyri-siyasi təşkilatıdır.[1].
Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 18 fevral 2014 |
Ünvan | Bakı şəhəri, M.Müşfiq 501-ci məhəllə. |
Rəhbərlik | |
Rəhbər | Mehman İsmayılov |
İttifaqın əsas məqsədi üzvlərin əmək, sosial,iqtisadi hüquqlarının qanuni mənafelərinin müdafiəsini təmin etmək, əmək və məişət şəraitini təmin edən sosial proqramlar hazırlamaq və həyata keçirməkdən ibarətdir.
Konfrans
Respublika Komitəsi
İcraiyyə Komitəsi
Təftiş Komissiyası
2019-cu ilin sentyabrın 24-də Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı N saylı hərbi hissəsində əsgərlərlə görüş keçirib.[2]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası