Mehman İsmayılov

Mehman Heydər oğlu İsmayılov (d.1979,Azərbaycan SSR,Naxçıvan MSSR,Babək rayonu,Nehrəm kəndi) — 2014-cü ilin fevral ayından Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının sədridir.“Siyasi Maarifçilik” İctimai birliyinin sədri [1]. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmişdir [2].

Mehman İsmayılov
Mehman Heydər oğlu İsmayılov
bayraqFövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının sədribayraq
2014 — indiyə kimi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Azərbaycan Naxçıvan Muxtar Respublikası Babək
Partiya Yeni Azərbaycan Partiyası
Təhsili Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
İxtisası siyasi idarəetmə
Fəaliyyəti "Maarifçi Gənclər" İB-nin sədri

Təltifləri "Tərəqqi" medalı

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

İsmayılov Mehman Heydər oğlu 1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.1986—1996-cı illərdə Babək rayon Nehrəm kənd 1-saylı orta məktəbində təhsil alıb.1999—2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsində Bakalavr təhsil pilləsi üzrə təhsil alıb.2003—2004-cü illərdə Fransada Qrenoblun Siyasi Elmlər İnstitutunda təhsil alıb. 2003—2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Magistraturasında Dünya Siyasi proseslərinin və beynəlxalq əlaqələrin nəzəriyyəsi ixtisası üzrə təhsili alıb. 2005-ci ilin dekabr ayından Dövlət İdarəçilik Akademiyasının dissertantıdır[3].

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1998—1999 Babək rayon Əmanət Bankında Mühasib

2000—2003 “Azad Azərbaycan” qəzetində jurnalist

2000—2003 Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin Səbail rayon yerli təşkilatının sədri

2002—2005 Yeni Azərbaycan Partiyası Dövlət İdarəçilik Akademiyası ərazi ilk təşkilatının sədr müavini

2002—2015 Yeni Azərbaycan Partiyası Səbail rayon Gənclər təşkilatının sədr müavini

2003— “Siyasi Maarifçilik”İctimai Birliyinin sədri

2004—2007 Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində məsləhətçi

2005—2015 Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə heyətinin üzvü

2006 Yeni Azərbaycan Partiyası Səbail rayon Siyasi Şurasının üzvü

2013 “Maarifçi Gənclər” İctimai Birliyinin sədri

2007—2010 Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq fəaliyyət idarəsinin Protokol xidməti şöbəsində Baş məsləhətçi

2010—2014 Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəis müavini

2014-cü ilin fevral ayından Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının sədridir [[4]

İştirak etdiyi layihələr[redaktə | mənbəni redaktə et]

Rəhbərlik etdiyi təşkilatın xətti ilə Səbail rayon Gənclər İdman və Turizm idarəsi ilə birlikdə Səbail rayonunda yerləşən orta məktəblərdə və “N” saylı hərbi hissələrində Vətənpərvərlik və Milli ruhda tədbirlər keçirmişdir. Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı, YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatı və “Siyasi Maarifçilik” İctimai Birliyinin üzvləri tərəfindən 31 mart 1918-ci il soyqırımını yad etdilər [5]

Əsas nailiyyətləri[redaktə | mənbəni redaktə et]

2003 Səbail rayon Gənclər, İdman və Turizm İdarəsi tərəfindən rayonun İctimai-siyasi həyatında fəal iştiraka görə “Fəxri Fərman”la təltif

2006 Səbail rayon Gənclər, İdman və Turizm İdarəsi tərəfindən rayonun İctimai -siyasi həyatında fəal iştiraka görə “Fəxri Fərman”la təltif

2007 Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən İctimai-siyasi fəallığa görə “Fəxri Fərman”la təltif

2007 Bakı şəhər Gənclər, İdman və Turizm İdarəsi tərəfindən İctimai-siyasi fəallığa görə “Fəxri Fərman”la təltif

2008 Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən 2008-ci il Prezident seçkiləri ilə əlaqədar təbliğat təşviqat kampaniyasında xüsusi fəallığa görə “Fəxri Fərman”la təltif

2010 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “5 illik yubiley medalı” ilə təltif

2010 Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonun İctimai -siyasi həyatında fəal iştiraka görə “Fəxri Fərman”la təltif

2011 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “xidmətə görə döş nişanı ”ilə təltif

2013 Səbail rayon İcra Hakimiyyəti tərəfindən “2 fevral-Gənclər günü” münasibəti ilə ilin ən uğurlu layihə koordinatoru “Fəxri Fərman”la təltif

2013 Azərbaycan Gənc Vətənpərvərlər Birliyi tərəfindən İctimai -siyasi həyatında fəal iştiraka görə “Fəxri Fərman”la təltif

2014 Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən İctimai -siyasi həyatında fəal iştiraka görə “Fəxri Fərman”la təltif

2015 Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli sərəncamı ilə ölkədə həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif [6]

2015 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “10 illik yubiley medalı” ilə təltif

2018 Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən 2018-ci il Prezident seçkiləri ilə əlaqədar təbliğat təşviqat kampaniyasında xüsusi fəallığa görə “Fəxri Fərman”la təltif

2018 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 22.01.2018-ci il tarixli 16b.3 saylı Qərarı ilə həmkarlar ittifaqında xidmətinə görə “AHİK-in 25 illik Yubiley döş nişanı” ilə təltif

2019 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 26.07.2019-ci il tarixli 6b.11 saylı Qərarı ilə həmkarlar ittifaqında xidmətlərinə görə “AHİK-in medalı” ilə təltif

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2019-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-02.
  2. [ https://president.az/articles/16438 Arxivləşdirilib 2019-04-13 at the Wayback Machine Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı]
  3. "Azərbaycan Həmkarlar İttifaqları Konfederasıyalarının saytı". 2019-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-02.
  4. http://ahik.org/articles/view/fhn-sedr Arxivləşdirilib 2019-12-05 at the Wayback Machine Azərbaycan Həmkarlar İttifaqları Konfederasıyalarının saytı]
  5. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin saytı [ölü keçid]
  6. "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Mehman İsmayılov: Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü Azərbaycanın ciddi diplomatik qələbəsidir

Mehman İsmayılov: Prezident İlham Əliyev tutarlı cavabı ilə Paşinyanın iddialarını darmadağın etdi

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Səttar Möhbalıyev