İsmayılov Füzuli Cahangir oğlu (1975, Cəfərli, Gədəbəy rayonu) — Əməkdar jurnalist, hərbçi, tarixçi, tarix elmləri namizədi.
Füzuli İsmayılov | |
---|---|
Füzuli Cahangir oğlu İsmayılov | |
Doğum tarixi | 1975 |
Doğum yeri | |
Uşağı | 3 |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
|
Füzuli İsmayılov 1975-ci ildə Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. Elə həmin il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə başa vurub. Həmçinin Bakı Dövlət Universiteti hüquq fakültəsinin məzunudur. Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2005-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi"[1] mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.
1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ilin may-iyul aylarında Azərbaycan Müəllimlər İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb. 2005-ci il avqustun 1-dən İctimai Televiziyada fəaliyyətini davam etdirib. Gənclər və İdman verilişləri departamentinə rəhbərlik edib, Musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru, İnformasiya və analitik proqramlar departamentinin Baş redaktoru, Kino və dublyaj departamentinin və Analitik proqramlar departamentinin direktoru vəzifələrində çalışıb. Direktorlar Şurasının üzvü olub. Həftəlik "Yekun" analitik informasiya proqramı ilə efirə çıxıb və "Gecənin aydınlığı", "Aləm-Ailəm" verilişlərinin müəllifi və aparıcısı olub. "Xalq seçir"-Prezident seçkiləri-2013 teledebatlarına moderatorluq edib.
2014-cü ildən 2018-ci ilin oktyabr ayına qədər Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsində çalışıb. 2018-ci ilin noyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə (№ 1899) "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilib və 2017-ci il 16 mart tarixli (№ 2746) Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Ailəlidir, 1 qızı və 2 oğlu var.
http://www.e-qanun.az/framework/35065
http://www.e-qanun.az/framework/32372
https://azvision.az/news/113419/fuzuli-ismayilov-emekdar-jurnalist-oldu.html Arxivləşdirilib 2020-12-01 at the Wayback Machine
https://525.az/news/265456-ana-itirmisem-ana-yasinda
https://bakivaxti.az/az/posts/detail/insani-qoruyan-goyde-allah-yerde-anadir-1719340849
https://qafqazinfo.az/news/detail/insani-qoruyan-goyde-allah-yerde-anadir-439952
https://modern.az/medeniyyet/475823/ana-itirmishem-ana-yashinda/