"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı

"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalıAzərbaycan Respublikasının dövlət təltifi.[2]

"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Status təqdim olunur
Statistika
Təsis tarixi 2 noyabr 2012
Ardıcıllıq
Yüksək mükafat "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı[1]
Aşağı mükafat "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı[1]

"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[2]

Maddə 1. Təltif edilən şəxslər

  • "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə miqrasiya orqanlarının xüsusi rütbəsi olan işçiləri aşağıdakılara görə təltif edilirlər:
  • miqrasiya orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə;
  • xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə və xidməti vəzifələrinin icrasına nümunəvi yanaşdıqlarına görə;
  • miqrasiya orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə.

Maddə 2. Təltif edən orqan

  • Miqrasiya orqanlarının işçilərini "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

  • "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
medal haqqında ƏSASNAMƏ[2]

"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalının təsviri Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[2]

Maddə 1. Medalın ümumi təsviri

  • "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
  • Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilmişdir. Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "MİQRASİYA ORQANLARINDA QULLUQDA FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri həkk olunmuşdur. Medalın ön tərəfinin səthi nahamardır.
  • İkinci dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir. Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Dəfnə yarpaqları ilə əhatə olunmuş bu kompozisiyanın yuxarı hissəsində diametri 3 mm olan səkkizguşəli ulduz təsvir olunmuşdur. Səkkizguşəli ulduzlar, yer kürəsi, xəritə, paralel və meridianlar, dairəvi xətlər, dəfnə yarpaqları və sözlər relyefli olub, qızılı rəngdədir.

Maddə 2. Medalın ön tərəfi

  • Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində ətrafı 1,3 mm enində ağ mina ilə örtülmüş, xarici və daxili çevrələrlə konturlanmış, dairəvi lövhə yerləşdirilmiş, xarici çevrənin ulduz təsviri yaradan səkkiz kənar çıxıntılı hissəsi relyefli xətlərlə işlənmiş və 1,3 mm enində hamar zolaqlarla konturlanmışdır.
  • Xarici və daxili konturların arasında göy minalı fonda yuxarı hissədə qövs boyunca "AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİ" sözləri, aşağı hissədə mərkəzdən "100" rəqəmləri yazılmış, həmin rəqəmlərin sağında və solunda hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
  • Daxili çevrənin içərisində kitab, qılınc, tərəzi atributları təsvir edilmişdir.
  • Bütün yazılar, rəqəmlər və atributlar qızılı rəngdədir, qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

  • Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir. Səkkizguşəli ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Bu kompozisiyadan aşağıda medalın seriyası və nömrəsi, onlardan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ" sözləri, həmin sözlər və medalın seriyası və nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunmuşdur. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, qızılı rəngdədir.

Maddə 4. Medalın elementləri

  • Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Yaşıl xara lentin kənarlarından mərkəzə doğru bir-birindən 5 mm aralı yerləşən və hər biri 1 mm olan sarı rəngli iki zolağın arasında 3 mm enində sarı rəngli zolaq təsvir edilmişdir. Xara lentin üst hissəsinə eni 5 mm olan hamar qızılı təbəqə bərkidilir. Xara lentin alt hissəsinə eni 7 mm olan hamar qızılı təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.
  • Medala paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
medalın TƏSVİRİ[2]
  1. 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
  2. 1 2 3 4 5 ""Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.