FİFA Klublar arası Dünya Kuboku 2014 (rəsmi olaraq Toyotanın sponsorluğu ilə təqdim olunan FİFA Klublar arası Dünya Kuboku Mərakeş 2014) - 11-ci FİFA Klublar arası Dünya Kuboku, FİFA tərəfindən 6 qitənin hər birindən olan konfederasiyalardan çempion olmuş klublar, həmçinin ev sahibi ölkənin milli liqasının çempionu arasında təşkil olunan beynəlxalq klub futbol turniridir. Bu il ardıcıl olaraq ikinci ildir ki, turnirə Mərakeş ev sahibliyi edir və turnir 10 dekabr - 20 dekabr 2014 tarixləri aralığında keçirilir.
FİFA Klublararası Dünya Kuboku 2014 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | |
Tarix | 2014 |
Başlama tarixi | 10 dekabr 2014 |
Bitmə tarixi | 20 dekabr 2014 |
Komanda sayı | 7 |
Stadion sayı | 2 (2 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | Real Madrid CF |
Yarış statistikası | |
Oyun sayı | 6 |
Qol sayı | 16 (matç başına: 2.67) |
Tamaşaçı sayı | 151331 (matç başına: 25222) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Cerrardo Torrado |
Turnirə 2013-cü 2014-cü illərdə (hər iki turnirə) ev sahibliyi etmək üçün 4 ölkə iddia ərizəsi ilə müraciət etmişdi:
2011-ci ilin oktyabrında FİFA İran, Cənubi Afrika Respublikası və Birləşmiş Ərəb Əmirliklərinə onların ev sahibliyinin ləğvi barədə, müsabiqənin iştirakçısı kimi isə yalnız Mərakeşin qaldığını bildirdi. 17 sentyabr 2011-ci ildə FİFA rəsmi olaraq Mərakeşin ev sahibliyini elan etdi. 21 avqust 2014-cü ildə FİFA Mərakeşin bu ilki turnirə də ev sahibliyini təsdiq edir.
Klub | Konfederasiya | Təsnifat | İştirak |
---|---|---|---|
Yarım-finaldan daxil olanlar | |||
Argentina San Lorenzo | CONMEBOL | 2014 Libertadores Kubokunun qalibi | 1-ci |
İspaniya Real Madrid | UEFA | 2013–14 UEFA Çempionlar Liqasının qalibi | 2-ci (Əvvəlki: FİFA Klublar arası Dünya Kuboku 2000) |
1/4 finaldan daxil olanlar | |||
Avstraliya Western Sydney Wanderers | AFC | 2014 Asiya Çempionlar Liqasının qalibi | 1-ci |
Əlcəzair ES Sétif | CAF | 2014 Afrika Çempionlar Liqasının qalibi | 1-ci |
Meksika Cruz Azul | CONCACAF | 2013–14 CONCACAF Çempionlar Liqasının qalibi | 1-ci |
1/4 final üçün Play-off`dan daxil olanlar | |||
Yeni Zelandiya Auckland City | OFC | 2013–14 Okeaniya Çempionlar Liqasının qalibi | 6-cı (Əvvəllər: FİFA Klublar arası Dünya Kuboku 2006, FİFA Klublar arası Dünya Kuboku 2009, FİFA Klublar arası Dünya Kuboku 2011, FİFA Klublar arası Dünya Kuboku 2012, FİFA Klublar arası Dünya Kuboku 2013) |
Mərakeş Moghreb Tétouan | CAF (Mərakeş Futbol Federasiyası|Ev sahibi) | 2013–14 Mərakeş çempionatının qalibi | 1-ci |
FİFA Klublar arası Dünya Kuboku 2014-ün oyunları Rabat və Marrakeş şəhərlərində keçirilir.
Rabat | Mərrakeş | |
---|---|---|
Şahzadə Mulay Abdulla | Mərrakeş | |
33°57′35″ şm. e. 6°53′20″ q. u.HGYO | 31°42′24″ şm. e. 7°58′50″ q. u.HGYO | |
Tamaşaçı tutumu: 52 000 | Tamaşaçı tutumu: 45 240 | |
Oyunları idarə edəcək hakimlər bunlardır:
Konfederasiya | Baş hakim | Köməkçi hakimlər |
---|---|---|
AFC | Ben Williams | Matthew Cream Paul Cetrangolo |
CAF | Noumandiez Doué | Songuifolo Yéo Jean-Claude Birumushahu |
CONCACAF | Walter López Castellanos | Leonel Leal Gerson López |
CONMEBOL | Enrique Osses | Carlos Astroza Sergio Román |
OFC | Norbert Hauata | Tevita Makasini Paul Ahupu |
UEFA | Pedro Proença | Bertino Miranda Tiago Trigo |