Fırat Universiteti — Türkiyənin Elazığ şəhərində dövlət universiteti.[4]
Fırat Universiteti | |
---|---|
Fırat Üniversitesi[1] | |
38°40′46″ şm. e. 39°12′06″ ş. u.HGYO | |
Əsası qoyulub | 1975 |
Tələbə sayı | 3.219[2] |
Ölkə | |
Sayt | firat.edu.tr |
Şərqi Türkiyənin ən böyük akademik qurumlarından biri olan universitetdə 11 Məktəb, 4 İnstitut, 1 Dövlət konservatoriyası, 3 Kollec və Elmi və Texnoloji irəliləyişlərə və Tədqiqatlara diqqət yetirən 21 Araşdırma mərkəzi var.
Universitet İlk olaraq 1967-ci ildə Elazığ Texniki Kolleci kimi açılmışdır.
1975-ci ildə adı dəyişdirilərək Elazığ Dövlət Universiteti oldu. Universitet xüsusilə Elazığ, Bingöl, Muş və Tunceli bölgələrindədə təhsil və təlim həyatında ali təhsil müəssisələri açaraq Şərqi və Cənub-Şərqi Anadoluda ali təhsilin inkişafına kömək edən bir qurumdur.
Fırat Universiteti 14 dekabr 2021-ci ildə Araşdırma Universiteti oldu.
Universitetin kitabxanasında təxminən 105.000 kitab və 962 dövri nəşr var.[5]
Mühəndislik kampusunda Elazığ Arxeologiya və Etnoqrafiya Muzeyi və Atatürk Mədəniyyət Mərkəzi mövcuddur (kino, konsert, teatr, simpozium, konfrans zalı kimi istifadə olunur).
Elm fakültəsinin qarşısında Fırat Mədəniyyət Parkı var və burada tədbirlər və konsertlər keçirilir. Buraya amfiteatr, qaçış yolu, basketbol meydançası, yeməkxana və açıq çay bağçası daxildir.