Fəqan Baxış oğlu Xudaverdiyev (7 avqust 1975; Qaravəlli, Ağcabədi rayonu – 22 avqust 2008; Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 22 avqust 2008-ci ildə Tərtər rayonu ərazisində şəhid olmuşdur.[1]
Fəqan Xudaverdiyev | |
---|---|
Fəqan Baxış oğlu Xudaverdiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaravəlli, Ağcabədi rayonu |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Tərtər, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1993–2008 |
Rütbə | Mayor |
Vəzifəsi | Tabor komandiri |
Təltifləri |
Fəqan Xudaverdiyev 1975-ci ilin 7 avqustunda Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. 1983-1993-cü illərdə anadan olduğu kənddə orta təhsil almış, ardınca Bakı Ali Birləşmiş Komandalıq Məktəbində təhsilini davam etdirmişdir. 1997-ci ildə "Taktiki Motatıcı Qoşunların Komandiri — Zirehli Tank və Avtomobil Texnikasının İstismarı Üzrə Muhəndis" ixtisası ilə hərbi təhsilini uğurla başa vuraraq Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birində taqım komandiri kimi xidmətə başlamışdır.[2] 1998-1999-cu illərdə zabitlər üçün təşkil olunmuş təkmilləşdirmə kursunu müvəffəqiyyətlə tamamlamışdır. Ölümündən əvvəl Azərbaycan Respublikasının Silahlı Quvvələrinin Hərbi Akademiyasına daxil olmuş, lakin şəhid olduğundan təhsilini tamamlaya bilməmişdir.
Fəqan Xudaverdiyev 2000-ci ildə ailə həyatı qurub. Şəhidin dörd övladı yadigar qalıb.
Fəqan Xudaverdiyev 1997-ci ildə leytenant rütbəsi ilə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətə başlayıb. Ardınca Gəncə, Mingəçevir və Şəkidə xidmətini davam etdirərək, tabor komandiri vəzifəsinə yüksəlmişdir.[2] 2007-ci ildən Tərtər rayonu "N" saylı hərbi hissənin 2-ci motatıcı taborun komandiri kimi fəaliyyət göstərən mayor Fəqan Xudaverdiyev, 22 avqust 2008-ci ildə Tərtər rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.