Fərəh Şəkinskaya

Fərəh Əbdülrəhim qızı Şəkinskaya (28 aprel 1929, Bakı20 aprel 2016, Bakı) — Azərbaycan SSRAzərbaycan Respublikasının dövlət, ictimai-siyasi və mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. 1989–1991-ci illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini və 1991–1993-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini.

Fərəh Şəkinskaya
Fərəh Əbdülrəhim qızı Şəkinskaya
Fərəh Şəkinskaya, 1977-ci il Bakı.
Fərəh Şəkinskaya, 1977-ci il Bakı.
1993 – 2012
5 fevral 1991 – 1993
Əvvəlkivəzifənin adı dəyişdirilib
27 yanvar 1989 – 5 fevral 1991
Sonrakıvəzifənin adı dəyişdirilib
10 avqust 1978 – 27 yanvar 1989
Şəxsi məlumatlar
Doğum tarixi 28 aprel 1929(1929-04-28)
Doğum yeri
Vəfat tarixi 20 aprel 2016(2016-04-20) (86 yaşında)
Vəfat yeri
Təhsili
Həyat yoldaşı
Uşağı

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 1998

Fərəh Şəkinskaya 28 aprel 1936-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. uşaqlığı və erkən gəncliyi Bakı şəhərində keçmişdir.

  • 1958-ci ildə Azərbaycan Sənaye İnstitunu bitirib.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fərəh Şəkinskaya 1958-ci ildə ilk əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlayıb. Azərbaycan LKGİ və Azərbaycan Kommunist Partiyasının üzvü olmuşdur.

Fərəh Şəkinskaya 1960–1970-ci illərdə o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru, 1970–178-ci illərdə Azərbaycan Kommunist Partiyasının Nərimanov Rayon Komitəsinin katibi, 1978–1989-cu illərdə Bakı Şəhər Soveti İcrayyə Komitəsinin Mədəniyyət İdarəsinin rəisi vəzifələrini icra etmişdir.

Azərbaycan KP Birinci katibi Heydər Əliyev Bakı Şəhər Soveti İcrayyə Komitəsinin Mədəniyyət İdarəsinin rəisi Fərəh Şəkinskayanı təltif edərkən. 1975-ci il Bakı.

27 yanvar 1989-cu ildə Fərəh Şəkinskaya Azərbaycan SSR Nazirlər Sovetinin fərmanı ilə Azərbaycan SSR mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yeni yeni formalaşdırılan Azərbaycan Respublikası Nazirlər Kabinetində, Baş nazir Həsən Həsənovun təkidi ilə, Fərəh Şəkinskaya Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilmişdir və təqaüd yaşına qədər, 1993-cü ilədək bu dövlət vəzifəsini tutmuşdur.

Azərbaycan mədəniyyəti sahəsində müxtəlif dövlət siyasətinin həyata keçirilməsinə xüsusi töfə vermiş Fərəh Şəkinskaya 1993-ildə 2012-ci ilədək Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru olaraq bu önəmli mədəniyyət ocağına rəhbərlik etmişdir.

Fərəh Şəkinskaya Azərbaycan milli mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Prezienti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.[1]

Fərəh Şəkinskaya görkəmli alim-geoloq, 1991–1998-ci illərdə Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin Sədri Əkrəm Şəkinskinin (1929–1998) həyat yoldaşı idi.

Oğlu general-mayor Emin Şəkinski Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində çalışıb. 2020-ci ildə dünyasını dəyişib.