Fəraməz Məmmədov

Fəramiz Həmid oğlu Məmmədov (d. 10 yanvar 1942, Kirovabad) — Azərbaycan operatoru.

Fəraməz Məmmədov
Doğum tarixi 10 yanvar 1942(1942-01-10) (82 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti kinematoqraf

Fəramiz Məmmədov 10 yanvar 1942-ci ildə[1] Gəncədə doğulmuşdur. 1958-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Bakıya köçmüşdür. 1959-cu ildən 2004-cü ildə təqaüdə çıxana qədər Azərbaycanfilm kinostudiyasında operator assistenti, quruluşçu operator, rejissor-operator kimi fəaliyyət göstərmişdir. 1967-1973-cü illər Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. 40-a yaxın sənədli və bədii filmin, 20-dən çox Mozalan satirik jurnalı və sair süjetlərin quruluşçu operatoru, rejissor-operatoru, müəllif-operatoru olmuşdur.

1978-ci ildən SSRİ Kinematoqrafçıları İttifaqının üzvü, daha sonra Ümumdünya Kinematoqrafiya Konfederasiyasının üzvüdür.

1981-1985-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində Ərəbşünaslıq üzrə ixtisas əldə etmiş, 1984-cü ildən kino sənəti ilə paralel olaraq Quranın tərcüməsi ilə məşğul olmuşdur. Qurani-Kərimin elmi araşdırmaları adlı üç kitabın müəllifidir. Tərcümələr şeir-nəzmlə olunmuşdur.

  1. Alıcının sərgüzəşti (film, 1976)
  2. Appassionata (film, 1970)
  3. Aşıq Ələsgər (film, 1972)
  4. Azərbaycan pambığının yetişdirilməsi texnologiyası (film, 1977)
  5. Bu torpağın nemətləri (film, 1979)
  6. Buyruq və quyruq (film, 1972)
  7. Cavidi xatırlarkən (film, 1982)
  8. Dənizə çıxmaq qorxuludur (film, 1973)
  9. Eldən soruş (film, 1980)
  10. Evlər yıxanım mənim!!. (film, 1974)
  11. Əcəmi Naxçıvani (film, 1976)
  12. Fəallıq (film, 1975)
  13. Firəngiz (film, 1975)
  14. İstintaq davam edir (film, 1966)
  15. Komissarın ürəyi (film, 1978)
  16. Kontor (film, 1978)
  17. Qanun naminə (film, 1968)[2]
  18. Qıfıllı istirahət ocağı (film, 1975)
  19. Qoca palıdın nağılı (film, 1984)
  20. Qoy dolanaq... (film, 1972)
  21. Leyli və Məcnun (film, 1961)
  22. Maestro Niyazi (film, 1983)
  23. Mən Bakıda yaşayıram (film, 1986)
  24. Mən fəhləyəm (film, 1975)
  25. Mikayıl Abdullayev (film, 1972)
  26. Min bir xəzinə (film, 1976)
  27. Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974)
  28. Müqəddəs borc (film, 1974)
  29. Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987)
  30. Nar (film, 1981)
  31. "Neftçi"-87 (film, 1987)
  32. Oktyabrın şəfəqləndirdiyi yol (film, 1977)
  33. Pambıq sovkası ilə mübarizə (film, 1974)
  34. Putyovka (film, 1975)
  35. Sağ ol, müəllim (film, 1985)
  36. Uçurum üzərində cığır (film, 1979)
  37. Yeni üsul (film, 1974)
  38. Yolum düşdü (film, 1974)
  39. Yoxlanılmış, inanılmış... (film, 1971)
  40. Zaqatala (film, 1972)
  1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
  2. "Aydın Dadaşov. "Bizim kino". Muxtar Dadaşovun "Qanun naminə" filmi haqqında". 2018-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-25.