Film Azərbaycan ədəbiyyatı tarixinə görkəmli şair-filosof, filosof-dramaturq kimi daxil olmuş Hüseyn Cavidin anadan olmasının 100 illiyinə həsr edilmişdir. Stalin repressiyasının qurbanı Hüseyn Cavidin həyatı, zəngin ədəbi irsi, faciəli taleyi öz əksini tapmışdır. Kinolentdə Moskva Dövlət Universitetinin professoru, ədəbiyyatşünas Əziz Şərif, teatrşünas, rejissor Mehdi Məmmədov, SSRİ xalq artisti Hökümə Qurbanova ədibin çoxcəhətli yaradıcılığı və əsərlərinin səhnə taleyi haqqında maraqlı söhbətlər edirlər.
Cavidi xatırlarkən | |
---|---|
Fayl:Cavidi xatırlarkən (film, 1982).jpg | |
Janr | bioqrafik |
Rejissor | Əlihüseyn Hüseynov |
Ssenari müəllifləri |
Turan Cavid Mirzəağa Mirmövsümov |
Operator | Fəraməz Məmmədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1982 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1982 |
Texniki məlumatlar |
1 hissə 280 metr 35 mm |
Rəng | rəngli |
Filmdə arxiv səhnələrindən, fotoşəkillərdən və digər materiallardan istifadə edilmişdir.