Süjetin əsasını məsul vəzifədə çalışan qadının — Firəngiz Tahirovanın (Vəfa Fətullayeva) ailəsinə münasibəti, kütlələrlə qarşılıqlı əlaqəsi təşkil edir.
Firəngiz | |
---|---|
Janr | dram |
Rejissorlar | Əbdül Mahmudov, Ənvər Əbluc |
Ssenari müəllifi | Bayram Bayramov |
Baş rollarda |
Vəfa Fətullayeva — Firəngiz Rasim Balayev — Murad Şahmar Ələkbərov — Feyzi Bahadur Əliyev — Davud Sadıq Həsənzadə — Musa Muxtar Maniyev — Elxan |
Operator | Fəraməz Məmmədov |
Bəstəkar | Fikrət Əmirov |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 20 oktyabr 1975 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 66.89 dəq. |
Ölkə | SSRİ |
Dil | Azərbaycan dili |
İl | 1975 |
Texniki məlumatlar |
7 hissə 1830 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID1423932 |
Raykom katibi Firəngiz qayğıkeş, tələbkar olduğu qədər də sərt və barışmazdır. O, nəinki təkcə həmyerlilərini, hətta sevimli əri, tədqiqatçı Muradın (Rasim Balayev) və onun dostlarının nöqsanlarına dözmür, güzəştə getmir. Muradın yalan faktlar əsasında yazılmış elmi işinin yararsız olduğunu sübut edir, ərinin əliəyri "dostlarının" cinayət törətdiklərini üzə çıxarır. O, çətin də olsa, əliəyrilərin, natəmizlərin ifşa edilməsinə nail olur. Firəngiz xanım səmimi münasibəti, mehribanlığı, ədalətli olması ilə hamının rəğbətini qazanır.