Fərda İmanov (13 mart 1957, Bakı) ― coğrafiya elmləri doktoru (1997), professor (2002).[1][2]
Fərda İmanov 1957-ci il martın 13-də Bakıda anadan olub. 1964-1974-cü illərdə Mehdi Hüseynzadə adına 19 saylı orta məktəb oxuyub. Ali təhsilini 1974-1979-cu illərdə Leninqrad Hidrometeorologiya İnstitutunda Hidrologiya fakültəsində alıb. 1992-ci ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var.[1][2]
Fərda İmanov 1982-ci ildə Leninqrad Hidrometeorologiya İnstitutunun əyani aspiranturasına daxil olub və 1984-cü ildə həmin ali məktəbdə fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada namizədlik dissertasiya işini müdafiə edib. 1997-ci ildə Tbilisi Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada doktorluq dissertasiya işini müdafiə edib və coğrafiya elmləri doktoru elmi dərəcəsini alıb. Fərda İmanov 2003-cü ildən BDU-nun Hidrometeorologiya kafedrasının professoru, 2004-cü ildən isə müdiridir. 226 elmi əsərin və 15-dən artıq dərslik və monoqrafiyanın müəllifidir.[1][2]
- 1979–1981, baş laborant
- 1985-1990, baş elmi işci, Qurunun hidrologiyası kafedrası, Leninqrad Hidrometeorologiya İnstitutu
- 1991-1992,assistent, Qurunun hidrologiyası kafedrası, Leninqrad Hidrometeorologiya İnstitutu
- 1993-1998, baş müəllim, Hidrometeorologiya kafedrası, BDU
- 1999-2004, professor, Hidrometeorologiya kafedrası, BDU
- 2005-ci ildən Hidrometeorologiya kafedrasının müdiri
- 2011-2016-cı illərdə BDU-nun Coğrafiya fakültəsinin dekanı
- 2021-ci ildən BDU-da Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsində çalışır.[1]
Coğrafiya, hidrometeorologiya, su ehtiyatları, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, çayların bərpası və ekoloji axım.[1]
- 2008, Москва, Росгидромет, Доклады VI Всероссийского гидрологического съезда
- 2008, Bakı; Prof. M.Ə.Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş “Ekstremal hidrometeoroloji hadisələrin qlobal və regional problemləri” elmi konfrans
- 2007, Antalya-Turkey. International Congress River Basin Management
- 2007, Bakı; Akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyətin problemləri”Beynəlxalq elmi konfrans
- 2007, Bakı; Prof.M.A.Müseyibovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi konfrans
- 2007, Bakı; “Fövqəladə hallarda təhlükəsizlıyın idarə olunması” IV Beynəlxalq Simpozium
- 2006, Bakı; “Qloballaşma prosesində su ehtiyatlarından istifadə və inteqrasiyalı idarəetmə” III Beynəlxalq elmi- praktik konfrans[1]
- 2008, Azərbaycan ərazisində təbii və antropogen fəlakətlər
- 2008, Floods and mudflows in the Kura-Aras river basin
- 2008, Kiçik Qafqazın transsərhəd çaylarının axımının müasır dəyişmələri
- 2007, Анализ цикличности максимального стока рек Азербайджана
- 2006, Transsərhəd cay hövzələrinin idarə olunması
- 2005, Dağ caylarının ekstremal axım xarakteristikalarının hesablanması
- 2005, Ekstremal axım xarakteristikalarının trend analizi
- 2004, Управления водными ресурсами бассейна реки Кура[1]
- 2003, Ümumi hidrologiya
- 2005, Hidroloji termenlər lüğəti
- 2006, Beynəlxalq hidroloji lüğət
- 2007, Климатическая характеристика аэропорта Гейдар Алиев
- 2008, Ekohidroloji terminlərin izahlı lüğəti
- 2011, Hidroloji hesablamalar
- 2011, Hidrometeorologiyada statistik metodlar[1]