Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Fərda Akif oğlu Xudaverdiyev (12 avqust 1979, Cəbrayıl) — Azərbaycan aktyoru, ssenarist, aparıcı, rejissor və şoumen.
Fərda Amin | |
---|---|
Fərda Xudaverdiyev | |
Digər adı | Fərda Amin |
Doğum tarixi | 12 avqust 1979 (44 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Günel Xudaverdiyeva |
Uşağı |
Amin Xudaverdiyev Mətin Xudaverdiyev Raul Xudaverdiyev Rinat Xudaverdiyev |
Atası | Akif Xudaverdiyev |
Fəaliyyəti | aktyor, rejissor, aparıcı, Ssenari müəllifi |
Fəaliyyət illəri | 2003-indiyə kimi |
Təhsili | |
IMDb | ID2928952 |
Fərda Akif oğlu Xudaverdiyev əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir[1]. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayılda dünyaya göz açmışdır. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürürdü. Bu verilişin rejissoru Fərda idi. Senarisini isə Elməddin Cəfərovla birlikdə yazırdılar. Ancaq bu verilişin ömrü uzun olmur. Fərda "Tam Sərbəst" verilişini yaradır və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxır. Bu veriliş də qısa müddət davam edir. Bir neçə il sonra Müşfiq Şahverdiyev ilə birlikdə 2007-ci ildə "Sərbəst FM" verilişi işıq üzü görür. Həmən il Müşfiq və Fərda "Niyə?" filminə çəkilir. 2014-cü ildən "Top kimi Şou" verilişinin aparıcısıdır. "İnterpapa", "Ögey Ata", "Xoxan", "Naxox", "Niyə?" kimi filmlərdə rol almışdır. "Ögey Ata", "İnterpapa", "Niyə?" filmlərinin ssenarisini yazmışdır.
Aktyor 2010-cu ildə Günel adlı xanımla ailə həyatı qurub. Fərda 4 oğul atasıdır.