"Fərhəngi-türki" lüğəti – XVIII əsrə aid kitab
Azərbaycanlı alim Məhəmmədtağı Qaraqoyunlunun 1727-ci ildə Hindistanda tərtib etdiyi "Fərhəngi-türki" çox qiymətli bir lüğətdir. Azərbaycan, türk, türkmən, özbək və uyğur dillərinin leksik materialları əsasında tərtib edilmiş 1183 səhifəlik bu kitabın hər səhifəsi 15 sətirdən ibarətdir. Lüğətdə sözlərin əsası və kökü deyil, onların müxtəlif qrammatik formaları verilir və həmin söz-formaların bədii konteksdə işlənməsinə dair müvafiq nümunələr gətirilir.