Fərhad Abdullayev

Fərhad Sahib oğlu Abdullayev (5 dekabr 1958, Bakı) — Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru. Azərbaycan Konstitusiya Məhkəməsinin sədri (2003–cü ildən).

Fərhad Abdullayev
Vəzifədədir
25 iyun 2003-cü ildən
ƏvvəlkiXanlar Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1958(1958-12-05) (66 yaş)
Doğum yeri
Fəaliyyəti hüquqşünas, hakim
Elmi fəaliyyəti
Elmi dərəcəsi hüquq elmləri doktoru

Təltifləri "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 2009
"Şöhrət" ordeni — 2018 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2019 2-ci dərəcəli "Dostluq" ordeni (Qazaxıstan)

Fərhad Abdullayev 5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin universiteti bitirmişdir.[1]

1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə qəbul olunub. Əvvəlcə məsləhətçi, sonradan baş məsləhətçi vəzifəsində işləmiş, 1985-ci ildən isə şöbə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi seçilmiş və 2000-ci ilədək həmin vəzifədə çalışmışdır.[1] 28 avqust 2000-ci ildə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.[2]

25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilmişdir.[3]

24 iyun 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilmişdir.[4]

Azərbaycan Respublikası ədalət mühakiməsinin həyata keçirilməsində iştirakı ilə yanaşı bir sıra qanunvericilik və digər aktların hazırlanmasında iştirak etmişdir.

Fərhad Abdullayev pedaqoji və elmi fəaliyyətlə məşğul olur. Hüquq elmləri doktorudur. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.[1]

Ailəlidir, iki övladı var.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. "Apellyasiya Məhkəməsində cinayət mühakimə icraatının təkmilləşdirilməsi problemləri" 2005-ci il (Az)
  2. "Azərbaycan Respublikasında Konstitusiya icraatının nəzəri və praktiki problemləri" 2009-cu il (Az)
  3. "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Hüquqi Mövqeləri" 2013-cü il (Az)
  4. "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Hüquqi Mövqeləri" 2018-ci il (Az) (2 hissəli)
  5. "Legal Positions of the Constitutional Court the Republic of Azerbaijan" 2018-ci il (Eng)
  1. 1 2 3 4 "Fərhad Abdullayev — sədr". constcourt.gov.az. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2020.
  2. "F. S. Abdullayevin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 28 avqust 2000. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2020.
  3. "F. S. Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 25 iyun 2003. 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2020.
  4. "F. S. Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". prezident.az. 24 iyun 2013. 18 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2020.
  5. "F. S. Abdullayevə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adının verilməsi haqqında". e-qanun.az. 16 iyul 2009. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2020.
  6. "F. S. Abdullayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". prezident.az. 5 dekabr 2018. 18 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2020.