Xanlar Hacıyev (9 sentyabr 1956, Kirovabad) — İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi
Xanlar Hacıyev | |
---|---|
14 iyul 1998 – 2003 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Fərhad Abdullayev |
14 iyul 1998 – 2003 | |
noyabr 1993 – iyul 1998 | |
Əvvəlki | Tahir Kərimli |
Sonrakı | Südabə Həsənova |
1992 – 1993 | |
Sədr | Tahir Kərimli |
1991 – 1998 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 sentyabr 1956 (68 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | hakim |
|
|
Təltifləri |
Hacıyev Xanlar İrşad-Faiq oğlu 1956-cı il sentyabr ayının 9-da Gəncə şəhərində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirmişdir.
1978–1980-ci illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda təcrübə keçmişdir. 1980-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin aspiranturasında təhsil almış və 1983-cü ildə disertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır.
1983–1985-ci illərdə RSFSR Ali Məhkəməsində məsləhətçi, 1985–1988-ci illərdə isə "Sovet ədliyyəsi" jurnalında cinayət hüququ və cinayət prosesi şöbəsinin redaktoru vəzifələrində işləmişdir. 1988–1990-cı illərdə SSRİ Ali Məhkəməsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 1990–92-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1992–1993-cü illərdə Ali Məhkəmənin sədrinin birinci müavini, 1993-cü ilin noyabr ayından 1998-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri olmuşdur.
1998-ci ilin iyul ayının 14-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinn hakimi, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinini Sədri vəzifəsinə təyin olunmuşdur.
Avropa Şurası Venesiya Komissiyasının, Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında hüquq islahatları komissiyasının, habelə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olmuşdur.
2002-ci ildə hüquq elmləri doktoru alimlik dərəcəsini almışdır.
2003-cü ilin aprel ayının 2-dən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi vəzifəsində fəaliyyət göstərir. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Ailəlidir, bir övladı var.