Fərhad Acalov (boksçu)

Fərhad Acalov — azərbaycanlı keçmiş boksçu, müstəqil Azərbaycanın gənclər arasında ilk dünya çempionu və yarışın texnikalı boksçusu (2000).

Fərhad Acalov
Fərhad Acalov
Ümumi məlumatlar
Çəkisi 65 kq
Boyu 184 sm
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi XX əsr
Yenilənib 25 avqust 2017

1994-cü ildən boks idman növü ilə məşğul olmuş və Respublikamızın idman şərəfini müxtəlif ölkələrdə ləyaqətlə təmsil edərək, aşağıdakı nailiyyətləri əldə etmişdir:

1.Avropa birinciliyi II yer (gümüş medal)-1997-98-ci il 2. Dünya birinciliyi I yer (qızıl medal)-2000-ci il-çempionatın ən texnikalı boksçusu 3. Tələbələrin Universiadası I yer (qızıl medal)-2000-ci il 4. Neft ölkələrinin Dünya kuboku III yer (bürünc medal)-2001-ci il 5. Hərbçilərin Olimpiya Oyunları III yer(bürünc medal)-2003-cü il 6. Tələbələrin Dünya çempionatı II yer(gümüş medal) -2004-cü il 7. Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 8. Neft ölkələrinin Dünya kuboku III yer(bürünc medal) -2005-ci il

1997-ci il Bitola Avropa Çempionatı. 1997 yarışmasının 1/8 finalında Antonio Brillantino Acalovun rəqibi idi. Acalov qalib gəldi. İkinci rəqibi Mariusem Bogheatą idi. 2005-ci ildə Acalov Moskvada bürünc medal qazandı.
   11 qat Azərbaycan çempionu,  25 dəfədən artıq “A” kateqoriyalı beynəlxalq turnirlərin qalib və mükafatçısı olmuş, “ Əməkdar idman ustası” və “ Əməkdar məşqçi” fəxri adlarına layiq görülmüşdür.   
  2010-18-ci illərdə “Rabitə İdman klubu” MMC-yə  Vitse prezident - İcraçı direktor vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə   klub Azərbaycan çempionatlarında, Beynəlxalq turnirlərdə, Dünya, Avropa çempionatlarında ( oyunlarında), Olimpiya Oyunlarında,  İslam Həmrəyliyi oyunlarında  ümumilikdə  300-dən artıq  medal əldə etmişdir.  
 2018-ci ildən bu günə qədər “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər  İdman Məktəbində  direktor vəzifəsində çalışır.