Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Fərhad Qəribov (20 iyun 1952, Muradxan, Kürdəmir rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[1] deputatı.
Fərhad Qəribov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyun 1952 (72 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Fərhad Həsən oğlu Qəribov 1952-ci il iyunun 20-də Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini bitirmişdir. 1 kitabın müəllifidir.
1974-cü ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Şirvan qışlaqlarının su ilə təminatı sisteminin istismarı idarəsində mühəndis işləyib.
1977-ci ildən "Muğanmeliorasiyasutikinti" Trestinin tikinti-quraşdırma idarəsində usta, iş icraçısı, böyük iş icraçısı, rəis müavini, rəis, 1985-ci ildən "Kəndtikinti" Trestinin tikinti-quraşdırma sahəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışmışdır.
1986-cı ildən "Azərneft" Birliyinin "Azərneftlayihətikinti" Birliyində tikinti-quraşdırma idarəsinin rəisi, mənzil-kommunal kontorunun rəis müavini, 1989-cu ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində mexanikləşdirilmiş səyyar dəstənin baş mühəndisi, rəisi, 1991-ci ildən tikinti-quraşdırma idarəsinin rəisi vəzifələrində işləmişdir.
2002–2004-cü illərdə "Debüt" Səhmdar Kommersiya Bankının məsləhətçi müşaviri işləmişdir. 2004–2005-ci illərdə "Azəri-Holdinq" maliyyə-sənaye qrupuna rəhbərlik etmişdir.
Evlidir. Elnur, Zöhrab, Rəşad, Anar, Elmin Qəribov adlarında 5 oğlu və Aytən Qəribova adında 1 qızı var.
1995-ci ildən "Azərneftlayihətikinti" Birliyinin rəisi, "Neftlayihətikinti" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.