Fərhad Seyidov

Fərhad Seyidov (tam adı: Seyidov Fərhad Musa oğlu) — dosent, fizika üzrə fəlsəfə doktoru.[mənbə göstərin]

Fərhad Seyidov
Fərhad Musa oğlu Seyidov
Doğum tarixi (84 yaş)
Doğum yeri Aslanbəyli, Qazax rayonu Azərbaycan, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Fizika
Elmi dərəcələri Ali, Fəlsəfə doktoru
Elmi adları Dosent, Aparıcı elmi işçi
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası (Fizika İnstitutu)
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti

Fərhad Seyidov 1940-cı ilin 13 iyul tarixində Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1957-ci ildə Aslanbəyli kənd tam orta məktəbini bitirmişdir. 3 il pedaqoji fəliyyətlə məşğul olmuşdur. Hacıqabul rayonunda orta məktəb müəllimi çalışmışdır. Tanınmış Professor Əhməd Seyidovun qardaşı oğludur.

Elmi fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 17 elmi məqalə dərc etdirmişdir. Çapdan çıxmış 69 elmi əsərlərin müəllifidir. Elmi əsərlərin 31-i xaricdə çap olunmuşdur.

Birinci dəfə olaraq üçlü halkogenidlərin qarışıqlı təsiri nəticəsində A2IIIBIIIReX4 tipli (А – Tl; B – Ga, In; Re – Sm, Yb, Er; X - S, Se, Te) yeni mürəkkəb yarımkeçiriciləri alınmışdır və onların elektrik, istilik xassələri tədqiq olunmuşdur və bu sahədə nailiyyət qazanmışdır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 1. Ф.М.Сеидов, Э.М.Керимова, Н.З.Гасанов. Диаграмма состояния системы TlSe-SmSe и транспортные свойства кристаллов TlSmS2(Se2, Te2). Неорган. Материалы, 2010, т.46, №12, с.1433-1437.
  • 2. Ф.М.Сеидов, Э.М.Керимова, Н.З.Гасанов. Взаимодействие TlInS2c TlYbS2 и электрические свойства кристаллов Tl2InYbS4. Неорган. материалы, 2011, т.47, №12, с.1429-1432.
  • 3. A.M.Paşayev, F.M.Seyidov, E.M.Kərimova, R.Q.Vəliyev, K.M.Hüseynova. TlSe-GdSe sisteminin hal diaqramının tədqiq olunması və TlGdSe2 kristalının istilik xassələri. Fizika, 2013, c.19, N.2, s.44-46.

http://www.science.gov.az/forms/doktora-filosofii-instituta-fiziki/1531