Fərhad bəy Ağalarov

Fərhad Ağalarov (azərb. Fərhad bəy Əbülfət bəy oğlu Ağalarov ‎; d. 10 noyabr 1868, Tiflis quberniyası, Qaraçalı kəndi – ?) — ADR ordusunun polkovniki.

Fərhad bəy Ağalarov
Fərhad bəy Əbülfət bəy oğlu Ağalarov
Doğum tarixi
Doğum yeri Qaraçalı, Tiflis quberniyası
Vəfat tarixi
Vəfat yeri
Təhsili
  • Nikolayev Süvari Məktəbi[d]
Fəaliyyəti hərbi qulluqçu

Fərhad bəy Əbülfət bəy oğlu 10 noyabr 1868-ci ildə Tiflis quberniyasının Qaraçalı kəndində anadan olub. Şuşa real məktəbini, 1885-ci Nikolayev hərbi kavaler məktəbinə qəbul olmuş, 1888-ci ildə bitirmişdi. Birinci Dünya müharibəsində iştirak edib. 1914–1915-ci illərdə alman cəbhəsində, 1916–1917-ci ildə Urmiyada Levondovskinin dəstəsində xidmət etmişdi. Milli Orduda birinci Azərbaycan süvari alayının komandiri idi. Bakıda qarnizon rəisi olub.[1] 1921-ci ildə sürgünə göndərilib.

Ağalarovun rəhbərlik etdiyi kəşfiyyat və əks-kəşfiyyat bölməsinin daha bir fəaliyyəti barədə arxivdə maraqlı material saxlanılır. İngilis qoşunlarının komandanı general Tomsonun tələbi ilə Bakıda yerləşən Azərbaycan korpusunun qərargahı, o cümlədən Hərbi Nazirlik Gəncəyə köçürülmüşdü. Bakıda yerləşdirilməsi nəzərdə tutulan 1 piyada taboru, 400 nəfərdən ibarət süvari və 1 topçu alayı polkovnik Fərhad bəy Ağalarovun rəhbərliyi ilə Salyan qazarmasında yerləşməli idi. Hərbi nazirin də bu münasibətlə Bakıya gələcəyi planlaşdırılırdı. Bakıda olan qarışıqlıq, təbii ki, müəyyən təhlükəsizlik tədbirləri görməyi tələb edirdi. Hər cür təxribatların ola biləcəyi istisna edilmirdi.[2]


Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Frəhad bəy Ağalarovu Azərbaycanın istiqlal şəhidi adlandırıb[3].

Fərhad bəy Sultan Turan xanım Bəhmən mirzə qızı Qacarla (1885–1941) ailə qurmuşdu. Tamerlan bəy, Abbas bəy, İdris bəy adlı oğlanları, Ziya xanım adlı qızı vardı.

  1. "Hərb tariximizin şanlı dövrü: Azərbaycan Xalq Cümhuriyyəti və milli ordu quruculuğu". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.
  2. "Müstəqil dövlətimizin ilk xüsusi xidmət və təhlükəsizlik orqanları". 2022-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.
  3. Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 79. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.