Fəridə Abıyeva[1] (d. 20 mart 1995; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Fəridə Abıyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Fəridə Abıyeva | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Fəridə Abıyeva | ||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan | ||||||||||||||||
Təhsili | |||||||||||||||||
İdman növü | Karate (Kumite) | ||||||||||||||||
Medallar
|
|||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Fəridə Abıyeva 20 mart 1995-ci ildə Bakı şəhərində anadan olub. Fəridənin ailəsində heç kim idmanla məşğul olmayıb. 2000-ci ildə millət vəkili, karate üzrə dünya və Avropa çempionu Ülvi Quliyev Bakıda karate məktəbi yaradır. Fəridənin atası idmana olan marağını diqqətə alaraq 5 yaşında onu Ülvi Quliyevin məktəbinə yazdırır. 6 yaşında olan zaman Xırdalanda təşkil edilən oğlanların klublararası respublika çempionatını birinci kimi başa vurur. Təxminən 5 il ancaq oğlanlarla yarışan Fəridə, 10 yaşından öz həmcinsləriylə məşqlərə başlayır.[2]
O, 2013-cü ildə Bakı Dövlət Universitetinin filalogiya fakültəsinə daxil olub, 2017-ci ildə buradan məzun olur.[2]
Fəridə hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. O, sərhəd ordusunun leytenantı, Sərhədçi İdman Mərkəzinin zabit məşqçisidir. Fəridə Avropa Oyunlarında medalsız qalsa da, bu yarışdan dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəhbəri, general-polkovnik Elçin Quliyev yarışdan sonra burda çıxış etmiş bütün karateçiləri qəbul edir. Fəridəyə isə kiçik leytenant rütbəsi verilir. 2016-cı ilin mayında komanda yarışında Azərbaycan millisinin heyətində Avropa çempionu olan Abıyevanın rütbəsi oktyabrda leytenantlığa yüksəldilir.[2]
Fəridə Abıyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -61 kiloqram çəki dərəcəsində çıxış edən Fəridə Abıyeva, finalda görüşündə, İran nümayəndəsi Rozita Əlipurkeşkaalesaadı 3:0 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.[3]Mükafatlandırılma mərasimində isə gənc karateçinin boynundan qızıl medalı məhz ölkə prezidenti asır.[1]