Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر; pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر; Şərqi pəncab dilində: ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266)[2][3] və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri))[4] — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim.
Fəridəddin Gəncşəkər | |
---|---|
Doğum tarixi | 1175[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1265[1] |
Fəaliyyəti | yazıçı, şair |
Əsərlərinin dili | Pəncab dili |
Fəridəddin Gəncşəkər Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir. Digər rəvayətə görə isə, bir gün oruc vaxtı iftarını açanda yemək olmadığı üçün, ağzına kiçik daş parçaları qoyubmuş. Kəramət sayəsində bu daşlar şəkərə çevrilib.
Fərid 16 yaşında həcc ziyarətinə getmiş, bir müddət Məkkədə yaşamışdır. Həmin dövrdən etibarən pəncab dilində şeirlər yazmağa başlamışdır. Onun şeirlərini dinləyən bir fəqir (hind sufisi) bu gəncin parlaq gələcəyi olacağını bildirmişdir.
Vətənə qayıdan Fərid dini təhsilini artırmaq məqsədilə Dehliyə yollanmışdır. Onun mürşidi böyük sufi mütəfəkkiri Xoca Qütbəddin Bəxtiyar Kaki olmuşdur. Burada təhsilini tamamladıqdan sonra qısa zamanda şöhrət sahibinə çevrilir. Bir müddət sonra isə anasının məsləhəti ilə meşəyə gedərək dərviş həyatı yaşamağa başlayır.. Belə rəvayət olunur ki, bir neçə il meşədə yaşayıb geri dönəndən sonra anası onun saçlarını darayarkən ağrıdan şikayət edib. Anası isə cavabında onun da meşədə meyvələri qopararkən ağacları bu cür ağrıtdığını söyləmişdir. Bundan təsirlənən Fərid yenidən meşəyə qayıtmış, qarnına ağır taxta parça bağlayaraq qidadan imtina etmişdir. lakin anası oğlunun son dərəcə zahid həyatı sürməsindən narahat olaraq onu bundan çəkindirmişdir.
Baba Fərid yaşadığı Pakpatanı böyük sufi düşüncə mərkəzlərindən birinə çevirmişdi. O, öz şeirlərini həmin dövrün fars dilində yazıb-yaraymaq kimi ədəbi dəbindən fərqli olaraq, yalnız pəncab dilində qələmə almışdır. Baba Fəridin şöhrəti saraya da çatmış, İmperator Nəsirəddin Mahmud Balaban onu Dehliyə dəvət edərək böyük qonaqpərvərliklə qəbul etmişdi. Bu səfər zamanı Baba Fərid imperatorun qızı ilə evlənmişdi.
Fəridəddin Şəkərgənc haqqında dövrünün məşhur şəxslərinin xatirələri də vardır. Onların yazdıqlarına görə, Baba Fərid təmizliyə son dərəcə diqqətli insan idi, hətta kimsə təsadüfən onun paltarına toxunsaydı, həmin paltar yuyulmamış, onu geyməzmiş.
Baba Fərid 1266-cı ilində namaz qılarkən vəfat etmişdir. Başdaşının üzərində isə bu sözlər yazılmışdır: "Yazda bir çox çiçək tumurcuqları açsa da, yalnız bircə Fərid var". Pakpattan şəhərində yerləşən türbəsi hər il Məhərrəm ayının 5-də çoxlu sayda insan tərəfindən ziyarət edilməkdədir.
Maraqlıdır ki, Fəridəddin Şəkərgəncin xatirəsi müsəlmanlarda olduğu qədər siqh və hinduizm mənsubları arsında da yaşmaqdadır. Məsələn o, Hindistanda yayılmış çişti sufi təriqətinin beş müqəddəs şəxslərindən biri kimi tanınır. Həmçinin, siqh dininin on beş müqəddəs şəxslərindən biridir. Əsərlərinin bir qismi siqhlərin dini kitabı olan Adi-Qranta əlavə edilmişdir. Bunlardan əlavə o, pəncab dilində yazıb-yaradan ilk şair kimi də tarixə düşmüşdür.
Baba Fəridin adını Hindistan və Pakistanda bir sıra şəhərlər, təhsil müəssisələri, dini mədrəsələr daşımaqdadır.
Fəridəddin Şəkərgəncin poeziyasından bir neçə nümunənin sətri tərcüməsini oxucuların diqqətinə təqdim edirik.
Nə qəlbimin qan ağlamadığı bir gecə
Dərd çəkmədiyim gündüz də yoxdu.
Ömrümdə içdiyim hər şirin şərbət
Qan-irin tək gözlərimdən töküldü.
Sənin eşqinlə yaşamaq istərəm Uca Tanrım
Ayağın altda toz zərrəsi olsam yaşaram
Hər iki aləmin Uca Allahı
Səninçün yaşadım, sənlə ölərəm.
Küçə soyuqdu, yağış yağır.
Sevgilimin evi uzaqdadır.
Onun yanına getsəm yolda islanacam.
Getməsəm, sözümə dönük çıxacam.
Bu leysan Yaradanın buyruğu
Bütün bəşəriyyət Allahın qulu
Mən sevgili yanına getməliyəm
Eşq bağlarıını sıx hörməliyəm
Eybi yox, təki elə palçığa batım